Boks üzrə Azərbaycan millisi Mərakeşdə keçirilən Qızıl kəmər seriyasını 5 medalla başa vurub.
Qol.az Azərbaycan Boks Federasiyasına (ABF) istinadən xəbər verir ki, yığmamız 34 ölkədən 201 boksçunun qatıldığı turnirdə 2 qızıl, 1 gümüş, 2 bürünc qazanıb.
Ümid Rüstəmov (57 kq) finalda rusiyalı Eduard Savvinlə qarşılaşıb. Hər 3 raundda inamlı mübarizə aparan Rüstəmov yekunda 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə qələbə qazanaraq, çempion tituluna yiyələnib.
Onun uğurunu Nəbi İsgəndərov (67 kq) da təkrarlayıb. Gəncə boks məktəbinin yetirməsi finalda Tarxan İdiqova (Rusiya) gücünü göstərib. İsgəndərov inamlı mübarizə nəticəsində rəqibini 4:1 (29:28, 29:28, 28:29, 30:27, 30:27) hesabı ilə məğlub edərək Mərakeşdə Azərbaycan himnini səsləndirib.
86 kq çəkidə mübarizə aparan Alfonso Dominqes gümüş medalla kifayətlənib. O da finalda rusiyalı boksçu ilə döyüşüb. Lakin görüşdə Şarabutdin Atayev qalib gəldiyindən, dünya çempionu fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Azərbaycan millisinin heyətində daha öncə Məsud Yusifzadə (51 kq) və Sərxan Əliyev (71 kq) bürünc medala yiyələniblər.
Qeyd edək ki, yarışın qalibi aktivinə 900, gümüş medalçısı 700, üçüncüsü isə 500 reytinq xalı əlavə edib.
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
La Liqaya haker hücumu
“Barselona” tarixinin ən uzun səfəri - Bakı
"Çalışırıq, amma alınmır" - Mamadu Kane
Azərbaycan klubu onunla yolları ayırdı
Lamin Yamal “Sabah”la oyunu buraxacaq - Rəsmi
"Sabah" - "Barselona" oyununun hakimləri açıqlandı
“Mançester Yunayted”i elə tənqid etdi ki...
Mahir bir epizodla baş məşqçinin rəğbətini qazandı
Karyerasında 900-cü oyuna çıxdı - Qurban Qurbanov
Dünyada stadionları ən çox dolduran klubların – TOP-10-luğu
Gürcü legionerin "Zirə"də 50-ci qolu
“Hədəfimiz qış çempionu olmaqdır” - "Neftçi"nin futbolçusu
Azərbaycanın iki boksçusu Avropa çempionatının finalında
Lamin Yamal "Sabah"a 1 qol vursa... - UEFA nə yazır?
"Liverpul"un "Mançester Yunayted"ə vurduğu 4 qol - Video
Debütdə 100 illik antirekord təkrarlandı
La Liqada tarixi rekorda imza atdı
"Barselona" Bakı səfərindən əvvəl əzmkar qələbə qazandı
"Liverpul" "Mançester Yunayted"i darmadağın etdi
"Beşiktaş" səfərdə, "Trabzonspor" evdə qalib gəldi
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı