"Yalnız məğlubiyyətə görə üzülürük. Komandamın oyunundan razıyam. Hər iki hissədə yaxşı oynadıq. Getdikcə daha güclü olacağıq. Yeni oyunçularımıza oyunu tutmaq üçün bir az vaxt lazımdır. Futbolçularımı təbrik edirəm".
Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Msili Premyer Liqasının 21-ci turunda "Neftçi"yə uduzduqları matç (0:2) barədə danışarkən deyib.
Mütəxəssis fərdi səhvlərdən qollar buraxmalarına toxunub: "Bunlar futbolçuların üzərində olan şeylərdir. Belə məqamların əziyyətini çəkirik. 3 məğlubiyyəti belə şeylərə görə yaşamışıq. Komanda olaraq rəqibdən daha yaxşı idik. “Neftçi”dən zərrə qədər çəkinmirik. Son zərbə anlarında da çatışmazlıqlar var. Əks halda qollar da vura bilərdik. Neçənci oyundur, mərkəz müdafiəçisiz oynayırıq. Bu da təsir edir. İkinci qolda qayda pozuntusu var idi. Amma əmin deyiləm. İlk qol “Neftçi”nin qapısına vurulsaydı, saatlarla VAR-a baxılardı. Rəqib futbolçulara bir neçə qırmızı vərəqə də verilə bilərdi. Amma bəzi məqamlarla bağlı tam əmin də deyiləm".
S.Abasov ehtiyatda kifayət qədər futbolçularının olmaması barədə bunları deyib: "Bu, zədəlilərlə bağlıdır. İki mərkəz müdafiəçimiz zədəlidir. Onlardan biri olsa, heyətdəkilərin azı biri ehtiyatda olar. Daha oyunçu transfer etməyəcəyik. Transfer pəncərəsi bizim üçün bağlanıb. Kamran Əliyevin sənədləri düzəlsə, problem yaşamayacağıq".
Çalışdırıcı futbolçusu Səbuhi Abdullazadənin oyunu barədə sualı cavablandırıb. O, Səbuhinin oyun zamanı qərar verməkdə gecikməsi ilə əlaqədar söyləyib: "Analizlərə girsəm, adlar çəkməli olacam. Bu da paltardəyişmə otağında dediklərimlə düz gəlməyəcək. Qoy elə pozitiv olaq".
"Neftçi"nin sabiq baş məşqçisi olan S.Abasov paytaxt təmsilçisinin heç nə ilə diqqətini çəkmədiyini deyib: "Xeyr, “Neftçi” heç nə ilə diqqətimi çəkmədi. Biz bu gün daha yaxşı oynadıq. Bilirsiz ki, həmişə səmimi danışıram".
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi