“Hər kəs bilir ki, "Qarabağ"ın məqsədi Premyer Liqanı qazanmaqdır. Avrokuboklar haqqında onu deyə bilərəm ki, komanda Konfrans Liqasının 1/16 finalına çıxmaqla əsas məqsədinə çatıb".
Bu sözləri Qol.az-a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli deyib.
Hazırda ABŞ-da futbol akademiyasına rəhbərlik edən albaniyalı keçmiş futbolçu Ağdam klubunun Konfrans Liqasındakı mübarizəsindən danışıb. O, Belçika "Gent"inin güclü rəqib olduğunu bildirməklə yanaşı, "Qarabağ"ın yaxşı nəticə qazanacağına ümidli olduğunu deyib:
"Qarabağ" Avropa Liqasının qrup mərhələsində baxımlı oyun nümayiş etdirdi. Daha yaxşısını da edə bilərdilər. Lakin bəzən futbolda belə təəssüfləndirici hallar olur. Konfrans Liqasının 1/16 final mərhələsində oynamaq yaxşı təcrübədir. Yerli çempionatda da mövsümə yaxşı başlayıblar. Belə oyun "Qarabağ"ın hər mövsüm qarşısına qoyduğu əsas məqsəddir. Komanda yaxşı formadadır. "Gent" Ağdam təmsilçisi üçün yaxşı rəqibdir. Biz "Qarabağ"ın necə oyun nümayiş etdirəcəyini bu matçlarda görəcəyik. Rəqib təcrübəlidir. Onların Avropa turnirlərində geniş təcrübəsi var. Keçiriləcək matçlar barədə müsbət düşünürəm. "Qarabağ"ın yaxşı nəticələr əldə edəcəyinə ümid edirəm. Burada qazanılan qələbə "Qarabağ" üçün tarixi ola bilər. Düzdür, "Qarabağ" Azərbaycan miqyasında bütün rekordları qırıb. Ancaq "Gent" üzərində qələbə "Qarabağ" üçün tarixi zəfər olar. Biz bunu oyun ərzində görəcəyik. Şanslar var. Komanda yaxşı mövsüm keçirir”.
Aqolli sabiq komandasının Konfrans Liqasının finalında oynaya biləcəyini də vurğulayıb: “Komanda xarakter göstərməyi bacarır, bu baxımından hər şey qaydasındadır. Çünki onlar Avropa turnirlərində böyük təcrübəyə malikdirlər. Əlbəttə, "Qarabağ" UEFA Konfrans Liqasında final oynaya bilər. Bu hal mümkündür. Onlar açıq oyun nümayiş etdirirlər. Buna nəzərən onların final oynamaq şansları var".
Azad Nuriyev
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?