“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 20-ci turu çərçivəsində “Zirə” üzərində qazanılan qələbəni (1:0) şərh edib.
Qol.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında qələbəyə görə şad olduğunu bildirib: “Həm nəticəyə, həm də kiçik zədəsi olan oyunçuların bizə qoşulmasına görə çox sevinirəm. Bu gün yeni transferlərdən razı qaldım. Oyundan-oyuna daha da yaxşı olmalıyıq. Bundan əvvəlki matçdan sonra da demişdim ki, çoxlu zədəli futbolçularımız var idi. Antalyadakı hazırlıq prosesində imkan olmadı ki, tam heyətlə yoldaşlıq oyunlarına çıxaq. Bu gün qazanılan qələbə çox vacib idi. Artıq növbəti oyunlara köklənməliyik”.
Rumıniyalı mütəxəssis azarkeşlərin kapitan Emin Mahmudovdan narazılığına, eləcə də komandanın uğursuzluğu ilə bağlı fikirlərinə belə münasibət bildirib: “Mən azarkeşlərin dediklərini şərh edə bilmərəm. Öz tərəfimdən deyə bilərəm ki, Emin Mahmudov nümunəvi oyunçudur. O kapitanımızdır və bizim üçün çox vacib oyunçudur. Mən indi cavab olaraq ikinci yerdə qərarlaşacağımızı desəm, inanacaqsınız? Mən azarkeşlərin yazdıqlarına şərh verməyəcəm. Biz məğlub olanda onların üzülməsi normaldır. Mövsümün sonunda hər şeyi görəcəyik”.
“Neftçi”nin uğurlu çıxışı üçün nə lazımdır” sualına Regekampf belə cavab verib: “Stabilliyi qoruyub saxlamaq üçün oyunçular və davamlılıq lazımdır. Onların bir yerdə oynaması vacibdir. Ehtiyat oyunçular skamyası da yaxşı futbolçulardan təşkil edilməlidir. Hər oyunda görə bilərsiniz ki, 5-6 oyunçu ehtiyatda oturur. Onlar əzmkarlıq nümayiş etdirməlidirlər. Belə olduqda onlar da inkişaf edəcəklər və daha da yaxşı çıxış edəcəklər. Çalışırıq ki, oyundan-oyuna daha da yaxşı çıxış edək”.
O, komandasının transfer siyasəti ilə bağlı deyib: “Biz gözləmirdik ki, Laval və Donyonu itirəcəyik. Planlarımızda 3 yeni oyunçunu cəlb etmək var idi. Davamlılıq transferlərə də aiddir. Gələn oyunçular da ən azı 1 il oynamalıdır ki, öyrəşə bilsinlər. Çempionata öyrəşməlidirlər. Lakin bütün ayrılıqlar bizim tərəfimizdən olan məsələ deyildi. Donyo qalmaq istəmirdi. Laval isə yaydan müqavilə imzalamışdı. Onların qalması rəqabəti artıracaqdı. Bu durum üzərində işləyirik. Transfer pəncərəsinin sonuna qədər daha bir yeni oyunçu ilə güclənəcəyik”.
Regekampf yaxşı transferlər üçün maliyyənin də rol oynadığınıl qeyd edib: “Qışda komandaya neçə oyunçu transfer edə bilərik? Hücumçu, müdafiəçi, vinger cəlb etdik. Düşünməyin ki, arxamızda qızıl bank var. Bizim müəyyən büdcəmiz var. Futbol təkcə futbol komandasından getmir. İstəyirik ki, hamı xoşbəxt olsun. Ən yaxşısını etməyə çalışırıq. Futbol kənardan başqa cür görünə bilər. Heç də asan məsələlər deyil”.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu