“Belə oyundan sonra danışmaq ağırdır. Əfsuslar olsun ki, bu gün meydanı məğlub tərk etdik. Komanda birinci hissədə tam istədiyimiz futbolu sərgilədi. Hesabda da irəlidə idik. Lakin fasilədən sonra hər şey dəyişdi. Bunun səbəbini bilmirəm. Problemlər sol cinah müdafiəçimizin sıradan çıxmasından sonra başladı".
Qol.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 19-cu turunda "Şamaxı"ya 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"İkinci hissənin əvvəlindən komanda sanki sıxılırdı, psixoloji cəhətdən özünü itirmişdi. Futboldur, alınmayanda alınmır. Ümid edirəm ki, getdikcə komanda daha yaxşı çıxış edəcək. Sonuncu yerdə olmaq komandanı çox sıxır. Buna görə də psixoloji problemlər var. Təəssüf ki, aparıcı futbolçularımız qələbə üçün əllərindən gələni etsələr də, alınmadı” - deyə o bildirib.
Diniyev qış fasiləsində heyətdə ciddi dəyişikliklər etməmələrinin səbəbini belə izah edib: “İstəklərimiz çoxdur. Lakin qış transfer pəncərəsində böyük dəyişikliklərə getmədik. Yalnız 1 futbolçu ilə gücləndik. Bu da ondan irəli gəlir ki, əlimizdəki futbolçulara inanırıq. Düzdür, bu gün məğlub olduq. Bununla belə, ruhdan düşmək olmaz. Bu gün komanda bacardığını, mən Türkiyədə gördüyüm futbolu sərgiləmədi. İkinci hissədə sıxıntı var idi, sanki komanda yükün altındadır. Mən nə qədər futbolçuları səsləsəm də, sanki daxildə bir qorxu var. Düşünürəm ki, vaxta ehtiyac var. 2-3 oyundan sonra komanda öz axarında davam edəcək”.
Mütəxəssis yerli futbolçu transerinin olmaması ilə bağlı sualı belə cavablandırıb: “Bəzi yerli futbolçuları dəvət etmək istəyirdik. Ancaq klubları onları buraxmadı. 2-3 futbolçu maraq dairəmizdə idi. Keçidləri baş tutmadığı üçün adlarını açıqlamaq istəməzdim”.
“Səbail”in çalışdırıcısı heyətdəki itkilərdən də söz açıb: “Ağabala Ramazanovun yoxluğu böyük itkidir. O, kreativ futbolçudur və hər zaman komandaya faydalı olur. Meydanda yeri görünür. Ruslan Hacıyev də zədəlidir. Təxminən 1 ay sonra sıraya dönəcək. Eləcə də Turan Manafovun yoxluğunu qeyd edə bilərəm. Bu üç yerli futbolçunun yoxluğu bizim üçün problemdir. Həkimlər heyəti onların meydana tez qayıtmaları üçün əllərindən gələni edirlər”.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu