"İki fərqli hissə izlədik. İlk yarıda komandamız yaxşı çıxış etdi. Lakin ikinci hissədə bəlkə də futbolçuları daha çox hesabı qorumağa çalışırdılar. Amma tapşırıq tamam başqa idi".
Qol.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Misli Premyer Liqasının 19-cu turu çərçivəsində "Qəbələ"yə qarşı keçirilən oyundan (2:2) sonra deyib.
Mütəxəssis komandasının səhvlərindən gileylənib: "Hələ Antalyada təlim-məşq toplanışında olarkən ilk rəsmi oyunumuzun çətin keçəcəyini bilirdim. 4 əsas futbolçumuzun yoxluğu da ciddi problem idi. Bu heyətlə toplanışdakı ilk yoxlama görüşündə meydana çıxmışdıq. Həmin görüşdə də səhvlərimiz olmuşdu. Təəssüf ki, bu gün də eyni səhvləri təkrarladıq və 2:0 hesabı ilə öndə olduğumuz matçı əldən verdik".
Tərlan Əhmədov nəticəni ədalətli hesab etdiyini bildirib: "Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Ona görə də nəticəni ədalətli hesab edirəm. Bu gün hər iki tərəf 2 xal itirdi. Təbii ki, bu gün qalib gələrək turnir cədvəlində mövqeyimizi yaxşılaşdırmaq istəyirdik. Ümid edirəm ki, cəzalı futbolçularımız sıraya döndükdən sonra işlərimiz yoluna düşəcək və daha yaxşı çıxış edəcəyik".
Gəncə klubunun çalışdırıcısı qışdan sonrakı hədəfləri barədə bunları bildirib: "Futbolçularla da, rəhbərliklə də söhbətdə bildirmişəm ki, qarşıma 6-7-ci yerlər uğrunda mübarizə aparmaq məqsədi qoymuşam. Birinci dövrədə daha çox xal qazana bilərdik. Özünüz də bütün oyunları izləmisiz. Elə olurdu ki, qalib gəldiyimiz oyunda son dəqiqələrdə qol buraxırdıq. Bu da müəyyən qədər həyəcandan irəli gəlirdi. O xalları itirməsəydik, bəlkə də indi başqa "Kəpəz" görərdik. Yeni komandayıq, heyətdə gənc futbolçular çoxdur. Ona görə də hələlik komandadan çox şey tələb etmək olmur. Üstəlik, ilk oyunda həyəcan hər zaman olur. Yeni transferlərin də adaptasiyası üçün müəyyən qədər vaxta ehtiyac var. Təbii ki, azarkeşlər hər zaman komandadan qələbə gözləyirlər. Növbəti matçlarda onları sevindirmək üçün əlimizdən gələni edəcəyik".
T.Əhmədov bu gün şans verdiyi qapıçı, yeni transfer Mario Mustapiçin çıxışını belə dəyərləndirib: "O, Antalyadakı yoxlama oyunlarında da özünü yaxşı tərəfdən göstərmişdi. Bu səbəbdən də bu gün start heyətində yer aldı. Üstəlik, Orxan Sadıqlı xəstəlikdən əziyyət çəkib. Hazırda optimal formasından uzaqdır. Marionun geridə qalan müddətdəki, istər Antalyadakı matçlarda, istərsə də bugünkü görüşdəki çıxışı bizi qane edir. Onun gəlişi ilə qapı xəttində ciddi rəqabət yaranıb və bu da bizi sevindirməyə bilməz".
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu