Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun agenti Jorje Mendeş futbolçunun Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna transferi ilə bağlı danışıqlarda iştirak etməyib.
Qol.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. Mendeşin əvəzinə müqavilə şərtləri və "Əl-Nəsr"in təklifi klub rəhbərliyi ilə Ronaldonun etibarlı adamı sayılan Rikardo Requfe tərəfindən müzakirə edilib. Daha əvvəl futbolçunun karyerasını harada davam etdirməsi ilə bağlı fikir ayrılıqları fonunda hücumçu ilə agenti arasında münasibətlərin pisləşdiyi bildirilirdi.
Qeyd edək ki, Ronaldo "Əl-Nəsr"lə 2 illik müqavilə imzalayıb.
Ronaldo, Messi, Ramos...
Xabi "yeni Kroos" tapdı
Konte şikayətləndi
"Döyüşkən komandaya qarşı oynadıq" - Valdas Dambrauskas
"Sabah" "Qəbələ"ni belə məğlub etdi - Video
"Oyunumuz var, nəticə mütləq gələcək" - Kaxaber Sxadadze
“Traktor”dan ÇL-də növbəti qələbə
"Sabah" "Qəbələ"yə qalib gəldi
Pioli "Fiorentina"dan göndərilir
Sadıq Sadıqov istefa verdi