Krişito karyerasını bərpa etdi

Krişito karyerasını bərpa etdi
DÜNYA FUTBOLU 27 Dekabr 2022 / 22:45 2776
-  A +

İtaliya millisinin sabiq üzvü Domeniko Krişito karyerasını bərpa edib.

Qol.az xəbər verir ki, o, "Cenoa"ya qayıdıb. Bu barədə İtaliya B seriyasının təmsilçisinin saytı məlumat yayıb. 35 yaşlı müdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.  Krişito 5-ci dəfə sabiq klubuna qayıdıb. O, daha əvvəl 2003-2004, 2006-2007, 2008-2011 və 2018-2021-ci illərdə sözügedən klubda çıxış edib.

Qeyd edək ki, D.Krişito bu ilin noyabrında "Toronto"dan ayrılmış və karyerasını başa vurduğunu açıqlamışdı.


Son xəbərlər