Bu gün "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov, akademiyanın koordinatoru Rasim Əliyev, əsas komandanın futbolçuları Kamal Bayramov, Cavid Tağıyev, Piruzi Marakvelidze, Natan Oduva və Ayxan Hüseynov Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin qonağı olublar.
Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, rayonunun ən qabaqcıl və müasir məktəblərindən olan Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin direktoru Nüsrət Quliyev, müəllim və şagird heyəti komandanı yüksək səviyyədə qəbul edib.
Sinif otaqlarını, məktəbdəki şəraitlə tanış olduqdan sonra, şagirdlərlə futbolçular arasında mini oyun keçirilib. Şagirdlərin əl işləri maraqla qarşılanıb. Daha sonra akt zalında görüş təşkil edilib. Məktəbin direktoru Nüsrət Quliyev komandanı salamlayaraq uğurlar arzu edib. Baş məşqçi Ayxan Abbasov, futbolçular yüksək qonaqpərvərliyə görə məktəb rəhbərliyinə, müəlim və şagird heyətinə təşəkkürlərini bildiriblər, komanda haqda ətraflı məlumat veriblər.
Sual-cavab hissəsindən sonra N.Quliyevə klubun artibutları təqdim edilib. Məktəbin nümunəvi və əlaçı şagirdlərindən olan Nigar Qasımova əl işini, çəkdiyi rəsmi Ayxan Abbasova hədiyyə edib.
Yuxarı
Obameyanq qəzaya düşdü
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi