Qazaxıstanın Karaqanda şəhərində keçirilən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Qol.az Azərbaycan Boks Federasiyasının saytına istinadən xəbər verir ki, Azərbaycan millisi 12 medal qazanaraq, komanda hesabında birinci yeri tutub.
Qazaxıstan, Kuba, Gürcüstan, Tacikistan, Qırğızıstan və Kambocadan 150-dək idmançının qatıldığı yarışı yığma 5 qızıl, 2 gümüş və 5 bürünc medalla başa vurub.
Komandanın heyətində 48 kq çəki dərəcəsində mübarizə aparan Həsən Məlikov finalda Jenşi Ulpatova (Qırğızıstan) qalib gələrək yarışın qalibi olub. Məsud Yusifzadə (54 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, həlledici görüşdə qazaxıstanlı Jandaulet Sersenbayevi məğlub edib.
75 kq çəkidə rinqə çıxan Mirşərif Kazımzadə finalda Timur Esxojinlə (Qazaxıstan) üz-üzə gəlib. Dueldən qalib ayrılan boksçu turniri birinci pillədə başa vurub. Komanda yoldaşlarının uğurunu Murad Allahverdiyev (80 kq) də təkrarlayıb. Milli üzvü həlledici qarşılaşmada kambocalı Anver Nasredinovdan üstün olub.
Yığmanın ən ağır çəkili boksçusu Məhəmməd Abdullayev (+92 kq) isə finalda kubalı Lopes Fernando Aleiandroya gücünü göstərib. O, ikinci raundda tam üstünlüklə qalib gələrək, Karaqandada Azərbaycan himnini səsləndirib.
Onlardan fərqli, Nəbi İsgəndərov (67 kq) finalda Ruslan Madiyevə (Qazaxıstan), Rəşid Həsənov (71 kq) Bekzat Boranbayevə (Qazaxıstan) məğlub olaraq, gümüş medalla kifayətləniblər.
Bir gün öncə isə Tural Sarıyev (48 kq), Nicat Hüseynov (51 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq) və Sərxan Əliyev (71 kq) bürünc medala layiq görülüblər.
Azərbaycan millisinin birinci olduğu turnirdə Qazaxıstan ikinci, Kuba üçüncü yeri tutub.
Azərbaycanlı referi Rövşən Qədirov isə döyüşləri ən yaxşı idarə edən hakimlərdən biri kimi xüsusi mükafata layiq görülüb.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam