Fransa millisinin baş məşqçisi Didye Deşam yeni uğura imza atıb.
Qol.az xəbər verir ki, bu, onun komandasının DÇ-2022-nin yarımfinalında Mərakeşə qalib gələrək (2:0) finala adlaması ilə reallaşıb. 54 yaşlı mütəxəssis 4 il əvvəl - DÇ-2018-də də yığmanı final çıxarmağı bacarmışdı. Hətta onun komandası həmin vaxt Xorvatiyaya 4:2 hesabı ilə qalib gələrək dünya çempionu adını qazanıb.
Ümumilikdə isə Deşam Fransa millisi ilə ardıcıl 2 dəfə mundialların finalına adlayıb. O, bunu bacaran 4-cü baş məşqçi kimi tarixə düşüb.
Daha əvvəl belə nəticəyə Vittorio Pozzo (İtaliya, 1934 və 1938-ci illər), Karlos Bilardo (Argentina, 1986 və 1990-cı illər) və Frans Bekkenbauer (Almaniya, 1986 və 1990-cı illər) çatıb.
Qeyd edək ki, Fransa DÇ-2022-nin finalında Argentina ilə üz-üzə gələcək. Dekabrın 18-i "Lusail" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Xatırladaq ki, Deşam 2012-ci ildən Fransa millisini çalışdırır.
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol! - Video
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşdi
Qurban müəllim onu sərgi eksponatına çevirib!
Mahir Emrelinin komandası da mərhələ adladı
Ayrılan kimi "Fənərbaxça"ya rəqib oldu
Ronaldo saçını narıncı rəngə boyadı - Şəkil
“Qarabağ” qalib gəlib “pley-off”a yüksəldi!
"Lester" klubu satışa çıxarıldı
Haaland 4 rekordla "Ginnesin Rekordlar Kitabı"nda