“Vacib matç idi. Bizim də bəxtimiz gətirdi, amma oyunçularım buna layiq idilər. Final oyunu isə daha əhəmiyyətli olacaq. Artıq bir aydır ki, futbolçularla birlikdəyik. Bu, asan deyil, amma indiyədək bizə ancaq sevinc gətirib".
Qol.az xəbər verir ki, bu sözləri Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2022-nin yarımfinalında Mərakeşə qalib gələrək (2:0) finala adlamaları barədə danışarkən deyib. Mütəxəssis dekabrın 18-i finalda Argentinaya qarşı keçirəcəkləri oyun barədə isə bunları söyləyib: "Bazar günü çempionluq uğrunda mübarizə aparacağıq. Anı həqiqətən qiymətləndirməli və həzz almalısınız. 4 gündən sonra dünya çempionu titulu uğrunda oynayacağıq. İndi bundan həzz alacağıq və DÇ-2022-nin son oyununa hazırlaşacağıq".
Çalışdırıcı Argentina millisinin kapitanı Lionel Messi haqqında da danışıb: “Messi turnirin əvvəlindən əla çıxış edir. 4 il ərzində təbii ki, müəyyən fərqlər olmalıdır. 4 il əvvəl mən onun hansı mövqedə, meydanın hansı hissəsində, necə oynayacağını artıq təsəvvür edirdim. Nəhayət, o, bizə qarşı mərkəz hücumçusu mövqeyində qərarlaşdı. İndi Messi daha çox hücumçu ilə tandemdə oynayır, həm də sərbəstliyi çoxdur, tez-tez qapıya zərbələr endirir. O, çox yaxşı oyunçudur, dribling etməyi çox yaxşı bacarır. Biz onun təsirini mümkün qədər məhdudlaşdırmağa çalışacağıq. Çünki Argentina millisi də bunu bizim bəzi oyunçularımızla etməyə çalışacaqlar".
Deşam yığmanın üzvü, lakin zədə səbəbindən mundial üçün heyətdən çıxarılan Kərim Benzemanın finalda mümkün iştirakı ilə bağlı suala belə cavab verib: "Mən növbəti suala keçməyi seçirəm".
Qeyd edək ki, Fransa DÇ-2022-nin finalında Argentina ilə qarşılaşacaq. Dekabrın 18-i "Lusail" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı