“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İspaniya millisinin DÇ-2022-də uğursuz çıxışı haqda danışıb.
Qol.az xəbər verir ki, ispanların 1/8 finalda mübarizəni dayandırmasının onun üçün sürpriz nəticə olmadığını deyən mütəxəssis komandada gənclərin üstünlük təşkil etdiyini xatırladıb:
"Futbol sürprizlərlə doludur. Bəzən hər hansı fəlsəfəni seçəndə və məğlub olanda, bu o demək deyil ki, düzgün deyil. Son vaxtlar İspaniya futbolu deyəndə, ağıla ötürmələr gəlir. Hər fəlsəfəni, istədiyin oyunu həyata keçirə bilmək üçün bacarıqlı oyunçular olmalıdır. İspaniya millisində bir neçə futbolçuunu çıxmaq şərtilə digərləri cavandırlar. İspanlar həmin futbolla dünya və Avropa çempionu olub. Sadəcə, futbolçuların adları fərqli idi. Əgər bir komanda ötürmə ilə oynaya bilmirsə, heç bir fəlsəfəni yerinə yetirə bilməz. Hər bir futbolçu ötürmə ilə oynamağı bacarmalıdır. Pas oyunu dedikdə, bu, ancaq elə ötürmə vermək deyil. Bizim son vaxtlar sürətli hücumlarımız olub. Az ötürmədən istifadə edərək qollar vurmuşuq. Futbolun dili pasdır. İstədiyin həmin futbolu üç ilə də təkmilləşdirə bilərsən. Daha sonra əlində yaxşı futbolçular olandan sonra tam istədiyin futbolu oynamağa başlayacaqsan. Təkmilləşdirmək lazımdır”.
Q.Qurbanov bir uğursuzluğa görə İspaniyanı siyahıdan silməyin düzgün olmadığını deyib: “İspaniya çempionatına baxsaq, klublar tam fərqli oyunlar oynayır, fərqli sistemlər var. Məncə, bir uğursuzluğa görə bütün sistemi dəyişmək, düzgün olmazdı. Hər halda, İspaniya futbolunun başbilənləri daha yaxşı bilərlər bu məsələni. Amma məncə, ötürməsiz futbol heç futbol deyil. İnsan var, təkcə qoldan həzz alır. Azarkeş var, yaxşı ötürmələrdən həzz alır. Bəlkə bizə aid olan məsələ deyil. Bütün dünya futbolu son 15 ildə İspaniya sistemində futbol oynayır. Çox məşqçilər orada təkmilləşib. İnkişaf edən ölkələr çox şeyi ispan futbolunun sistemindən götürüblər. İspaniyanın Mərakeşlə matçın 121-ci dəqiqəsində vurduğu zərbə qol olsaydı, tam fərqli fikirlər olardı. Son vaxtlar futbolda sürprizlər çox olur. Məncə, əksinə daha da yaxşılaşdıracaqlar həmin futbolu. Heyətdə gəncləri çoxdur. Onlar illər keçdikcə daha da rahat oynayacaqlar”.
Xatırladaq ki, İspaniya dünya çempionatının 1/8 finalında penaltilər seriyasında gözlənilmədən Mərakeşə uduzub.
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı