Qətərdə təşkil olunan DÇ-2022-zamanı Almaniya millisində qalmaqal yaşanıb.
Qol.az xəbər verir ki, bu barədə "Bild" məlmat yayıb.
Milli komanda düşərgədə iki hissəyə bölünüb - "Bavariya"nın oyunçuları və digərləri. Baş məşqçi Hans-Diter Flik "Bavariya"nın oyunçularına qarşı xüsusi münasibətdə ittiham olunub. Bu da komanda daxilində ixtilaf yaradıb. Flik ona görə də bütün komandanın rəğbətini qazana bilməyib.
Problemlər DÇ-2022-nin qrup mərhələsinin 1-ci turunda Yaponiya ilə oyunundan (1:2) əvvəl başlayıb. Matç ərəfəsində “One Love” sarğısı ətrafında müzakirələrə Manuel Nouer və Leon Goretzka başlayıb. Onlar israrla oyunöncəsi komanda ilə foto çəkilişi zamanı ağzını örtmək lazım olduğunu bildiriblər. Digər oyunçular isə heç bir siyasi aksiyada iştirak etmək istəməyiblər.
Yaponiya ilə oyun zamanı bir çox futbolçu Flikin İlkay Gündoğanın yerinə Qoretskanı buraxma qərarını anlamayıb. İlkay isə bu qərara görə qəzəblənib. Mark-Andre ter Ştegen və Kay Havertz dünya çempionatında oyuna ehtiyat oyunçular skamyasında başladıqları üçün məyus olublar. “Barselona”nın qapıçısı xüsusilə klubdakı çıxışlarına rəğmən şans qazanmadığına görə təəssüflənib.
"Bavariya"da Flikin baş məşqçiliyi altında oynayan, hazırda "Borussiya" Dortmundun şərəfini qoruyan Niklas Süle ilk oyunda zəif çıxış etməsinə baxmayaraq, meydana çıxıb. Niko Şlotterbek və Mattias Ginter isə şans qazanmayıb.
Bütün bunlar yığmanın daxilində ciddi problemlərə yol açıb.
Bundan başqa, Almaniya millisinin baş məşqçisi Hans-Diter Flik futbolçulara Qətərdə keçirilən dünya çempionatı zamanı ailələri ilə oteldə gecələməyə icazə verib. Almaniya Futbol Federasiyasının (DFB) əməkdaşları ərləri uşaqları ilə oynayarkən bir çox futbolçunun arvadlarının hovuzda selfi çəkdirdiyini görəndə təəccübləniblər. Onlar komandanın bayram əhval-ruhiyyəsində olduğunu bildiriblər. DFB bunu Almaniya millisinin Qətərdəki uğursuz çıxışının səbəblərindən biri hesab etsə də, Flik bununla razılaşmayıb.
Xatırladaq ki, DFB dünən Fliklə əməkdaşlığı davam etdirmək qərarına gəlib.
Qeyd edək ki, Almaniya yığması DÇ-2022-də E qrupunu 4 xalla üçüncü sırada başa vuraraq turnirlə erkən vidalaşıb.
Əlavə edək ki, Flik 2019-2021-ci illərdə "Bavariya"nı çalışdırıb. O, ötən ildən yığmanın baş məşqçisidir.
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı