"Sabah"ın baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının 15-ci turunda "Turan Tovuz"la matçdan (1:0) sonra mətbuat konfransı təşkil edib.
Qol.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb:
"Xarakter nümayiş etdirdik. Çətin qələbə qazandıq. Regionda oynamaq həmişə çətindir. Xüsuilə də meydança süni örtükdürsə, işiniz daha da çətinləşir. Çünki futbolçular tez yorulur. Bəzi çatışmazlıqlarımız var. Vurduğumuz qoldakı kimi, əvvəldən daha tez oynamalı idik. Diqtə edən tərəf biz idik. Buraya qədər gəlib bizə sonadək dəstək olan "Sabah" azarkeşlərinə təşəkkür edirəm. "Turan Tovuz" azarkeşlərinə də həmçinin. Onlar bizi çox yaxşı qarşıladılar. Tovuzlu azarkeşlər futbolu yaxşı bilirlər. Ötən tur "Qarabağ"ı xoş qarşılamışdılar, bu dəfə isə bizi. "Turan Tovuz"a daha çox qələbələr, azarkeşlərinə daha çox sevinc arzu edirəm".
Musayev bildirib ki, ötən gün "Qarabağ"ın "Zirə" ilə görüşdə (0:0) xal itirməsi "Sabah"ın üzərində əlavə təzyiq yaratmayıb: "Turnir cədvəlinə baxmaq hələ ki, tezdir. Öz oyunumuza köklənməliyik. "Qarabağ"ın xal itirməsi bizdə gərginlik yaratmayıb. Bizə gərginliyi rəqib və meydança yaratdı. Kiminsə hazırda turnir cədvəlinə fikir verdiyini düşünmürəm. "Qarabağ" dünən yorğun görünürdü, onlar heç vaxt bu qədər ləng oynamayıb. Onlar sezona erkən başlayıb. Hər oyun ağır keçir. İlin sonuna yaxın yorğunçuluq hiss edilir".
Musayev Tovuzdakı atmosferi bəyəndindiyini də deyib: "Hər şey yaxşı idi. Mənim yaşadığım yer balaca rayondur, orada da insanlar futbolu çox sevir. Qələbə olanda daha da sevinirlər. İstirahət günü olsaydı, matça daha çox azarkeş gələrdi. Stadiona gələndə akademiya binası gördüm. Burada uşaqlar yetişirsə, daha gözəldir".
Çalışdırıcı klubun qış transfer pəncərəsindəki planları ilə bağlı da danışıb. O, bəyəndikləri futbolçu olacağı təqdirdə, onu transfer edəcəklərini deyib: "Əgər komandanı gücləndirə biləcək oyunçu olsa, transfer edəcəyik. Yanvarın 6-da Antalyada toplanacağıq. İki həftə hazırlaşacağıq, "Voyvodina" ilə oyunumuz təsdiqlənib. Yəqin ki, digəri "Lex"dir. "Neftçi" ilə oyundan bir həftə əvvəl isə Bakıya qayıdacaq".
Musayev noyabrın 20-də Qətərdə start götürən və dekabrın 18-dək davam edəcək DÇ-2022 haqda fikirlərini bölüşüb: "Yeni tendensiya görməmişəm. Çox oyuna baxmağa çalışıram. Ən yaxşı, keyfiyyətli oyun Almaniya və İspaniya arasında keçirildi. Finala yaxın oyun oldu. Yüksək pressinq göründü. Güclü Braziliya millisini görürük. Onlar müdafiədə çox etibarlıdır. Heç kim onların qapısına zərbə endirə bilmir. Argentina gözlədiyimiz kimi deyil. Fransa isə güclü futbolçularının keyfiyyəti hesabına oynayır. Məşqçilərin vaxtı çox azdır. Yaxşı futbol var. Amma ötən Avropa çempionatı daha çox xoşuma gəlmişdi".
Musayev müqavilə ilə "Sabah"a məxsus olan Şakir Seyidov və Veysel Rzayev haqda bunları deyib: "Şakirin meydanda can yandırması təqdirəlayiqdir. Gördüyüm qədərilə fərqli mövqedə çıxış edir. Peşəkarlığı, oyuna yanaşması həmişə yüksəkdir. Veysəl komandanın heyətində stabil çıxış etmir".
Mütəxəssis sonda "Davit Volkov meydana sonradan daxil edilmək üçün transfer olunub, yoxsa hələ hazır deyil" sualını bu cür cavablandırıb: "Hamı kimi, o da hazırdır. İki mərkəz hücumçumuz var. Səviyyəcə bir-birinə yaxındırlar. Hansı hazırdırsa, o da oynayır".
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı
“Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
Almaniya millisinin oyunlarını buraxacaq
Hər uğursuzluqda qaçıb gizlənməyən klub rəhbəri…
"Arsenal"dan ayrılmaq istəyir
Salah şəkil çəkdirdi, ərazi turist mərkəzi oldu - Video
Azərbaycanın iki boksçusu mərhələ adladı - Avropa çempionatı
Əfsanənin vida forması - Video
İngiltərə millisinə getməkdən özü imtina edib?
“Mançester Yunayted”də itki
Atasının yolu ilə
Premyer Liqa klubundan maraqlı addım - Şəkil
Ukraynalı məşqçi Azərbaycana qayıdır - Bu klubla razılaşdı
Cəlal ehtiyatda qaldı, komandası qalib gəldi
“Dinamo”dan əzmkar qələbə - Video
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı