İran dövlət televiziyası himnin oxunmaması zamanı yayımı dayandırdı

İran dövlət televiziyası himnin oxunmaması zamanı yayımı dayandırdı
DÇ-2022 21 Noyabr 2022 / 21:15 3574
-  A +

İran dövlət televiziyası DÇ-2022-nin B qrupunun İngiltərə - İran matçının (6:2) startı öncəsi yayımı birmüddətlik dayandırıb.

Qol.az "Reuters"ə istinadən xəbər verir ki, buna İran millisinin futbolçularının dövlət himninini oxumaması səbəb olub. Onların himni oxumadığı hissə efirə verilməyib. Bundan başqa, iranlı azarkeşlər himni fitə basıblar.

Qeyd edək ki, iranlı oyunçular  bu jestlə 22 yaşlı Məhsa Əmininin çarşabını çıxardığı üçün polislər tərəfindən öldürülməsinə etiraz ediblər.


Son xəbərlər
12.05.25  12:14

Evdə 150-ci qol