AFFA-nın vitse-prezidenti və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov milli komandamızın son çıxışları ilə bağlı fikirlərini bildirib.
Millimiz dünən səfərdə Şimali Makedoniyaya 3:1 qalib gəlib. Bununla da komandanız ardıcıl 5-ci qələbəsini qazanıb.
Həmçinin oxuyun: "Azərbaycana məğlubiyyət bizim üçün yaxşı bir şillə oldu" - Bloqaya Milevski
V.Sadıqov Qol.az-a açıqlamasında bildirib ki, millinin son uğurlu nəticələri ilk növbədə yerli çempionatın səviyyəsi ilə bağlıdır: "Avropada çıxış edən klublarımızın inamlı oyununu da qeyd etmək lazımdır. “Qarabağ”ın uğurlu oyunları milli komandaya böyük təkan verdi. Çoxdandır topa nəzarət edən, sona qədər mübarizə aparıb qol vuran, geri dönüş edən milli komandamızı görmürdük. Bunlar önu göstərir ki, bir-birinə bağlı olan məsələlər müsbət hal alanda yığma komanda da uğurlu nəticələr qazanır.
Fransa millisi ilə 1998-ci ildə dünya çempionu olan Eme Jakenin seminarında iştirak edəndə o dedi: “Biz dünya çempionu olanda 30 il əvvəldən Fransa futbolunda əziyyət çəkən insanlara təşəkkür etdim”. Yəni hər bir uğur klublarla məşqçilərlə və digər insanlarla bağlıdır. Uğur da hər birimizindir, uğursuzluq da. Buna görə də əlimizdən gələni etməliyik ki, uğurumuz çox olsun”.
Milli komandamızın sabiq çalışdırıcısı qeyd edib ki, yığmamızın ardıcıl qələbələri Avro-2024-ün seçmə mərhələsi üçün də ümid verir: “Son oyunlar bütün azarkeşlər kimi bizi də sevindirir və inam verir ki, bu uğurlu çıxışların davamını qarşıdakı seçmə mərhələdə də görə bilərik. Bu gün millimizdə komanda ruhu, keyfiyyətli futbolçular var. Bunların vəhdəti ilə keyfiyyətli oyunun şahidi oluruq. Keyfiyyətli oyunlar olanda isə nəticə qazanılır”.
V.Sadıqov qazanılan son qələbələrdə millimizin çalışdırıcısı Canni De Byazinin rolunu da vurğulayıb: “Həmişə qeyd etmişəm ki, uğurun iki vacib amili var. Bu, komanda ruhu və keyfiyyətli futbolçuların seçimidir. Bunların birləşməsindən keyfiyyətli oyunların şahidi oluruq. Son oyunlarda millimiz öz dəsti-xəttinə malik olan bir oyun sərgiləyir ki, o da öz bəhrəsini verir. Yəni görürük ki, artıq De Byazi istədiyi komandanı formalaşdıra bilir”.
V.Sadıqov Misli Premyer Liqasında inkişaf olduğunu da bildirib: “Biz komanda sayının artmasını çoxdan istəyirdik. Sayın artması ilə rəngarəng çempionatın şahidi oluruq. İndi rəqabət qat-qat artıb. Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədovla söhbətimdə də bunu demişəm. Biz görürük ki, rəqabətli çempionatlarda keyfiyyətli oyunçular yetişir. “Qarabağ”da da bunun şahidi oluruq. Bundan başqa yeni oyunçuların üzə çıxması və Azərbaycan millisinə dəvət alması göstərir ki, Azərbaycan fuutbolunun potensialı var. Yığmamızın baş məşqçisi De Byazi bundan düzgün istifadə edir”.
V.Sadıqov U-21 millimizin ötən gün İsveçə 1:8 hesabı ilə uduzmasına da münasibət bildirib: “Bu nəticələr heç kimi qane edə bilməz. Ancaq bir şeyi nəzərə almalıyıq ki, bu, yeni baş məşqçinin rəhbərliyi altında cəmi ikinci təlim-məşq toplanışıdır. Rəqiblər də çox güclü idi. Belə rəqiblər seçmək baş məşqçi Samir Əliyevin öz istəyindən irəli gəlirdi. O, istəyirdi ki, elə bu il komandadakı bütün boşluqları görsün. Hesab edirəm ki, Samir Əliyev və onun məşqçi heyəti bu oyunlardan dərs çıxaracaq və gələcəkdə tam fərqli milli komanda formalaşdırıb, hazırlaya biləcək”.
Ramiq Ağaməmmədov
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı