Şimali Makedoniya yığmasının baş məşqçisi Bloqaya Milevski Azərbaycan millisinə dünən keçirilən yoxlama matçındakı məğlubiyyəti (1:3) şərh edib.
Qol.az xəbər verir ki, 51 yaşlı mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında ilk öncə rəqibi qələbə münasibəti ilə təbrik edib.
"O ki qaldı öz oyunumuza, bunun faydası olacaq. Əgər Finlandiya ilə bundan öncəki yoxlama görüşündə məni qane etməyən nəsə vardısa, bu görüşün birinci hissəsində - qol buraxmayana qədər müsbət nələrsə oldu. Digər tərəfdən, mən gərək düzünü deyim. Bu məğlubiyyət bizim hamımız üçün yaxşı bir şillə oldu. Biz hamımız əlimizi alnımıza qoyub düşünməliyik ki, Makedoniya millisinin formasına nə dərəcədə hörmət edirik. Bu məsələdə əvvəlcə özümdən başlayır, sonra futbolçulara keçirəm. Əgər bütün bunlardan gələcəkdə müsbət nəsə olacaqsa, yaxşı ki, bu şillə bizə indi dəydi. Futbol planı baxımından mən hazır olacacağımıza şübhə etmirəm. Amma biz hər oyun öncəsi fikirləşməliyik ki, zəif rəqib və futbolda improvizasiya olmur. Hər şeydən əvvəl biz özümüzə hörmətlə yanaşmalı, Makedoniya millisinə verəcəyimiz fayda haqda fikirləşməliyik" - deyə baş məşqçi bildirib.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər