(Birinci yazı)
Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Son illər Azərbaycanda yetişən bir çox oyunçu karyerasını ölkə xaricində davam etdirmək istəsə də, məqsədinə nail ola bilməyib. Xarici ölkələrin klublarına transfer olunan, lakin bir müddət sonra vətənə qayıdan xeyli sayda futbolçumuz var. Ən yaxın tarix üçün bu siyahıda Emil Balayev, Namik Ələsgərov, Vüsal İsgəndərli və digərlərinin adlarını çəkmək olar. Hələ ki, karyerasını xaricdə davam etdirməyi bacaran Azərbaycan futbolunun cəmi bir yetirməsi var. Bu da fəaliyyətini dayandıran "Bakı" Futbol Akademiyasının yetirməsi, uzun müddət "Qarabağ"da çıxış etmiş Mahir Emrelidir.
Digər legionerlərimiz üçün xarici futbol məktəblərinin yetirməsidir. Yeri gəlmişkən, xaricdə əvvəlcə Polşa "Legiya"sına transfer olunan Mahir hazırda Zaqreb "Dinamo"sunda (Xorvatiya) oynayır.
Yəni, 10 milyon əhalisi olan Azərbaycandan hazırda xarici klublara lazım olan və ya xaricə klubu adaptasiya olmağı bacarmış yalnız bir nəfər var. Amma bir zamanlar futbolumuzu xaricdə uğurla təmsil etmiş Nazim Süleymanov, Vəli Qasımov kimi öz yetirmələrimiz olan futbolçularımız da olub.
Azərbaycanda futbolunun səviyyəsi ilə bağlı gün kimi aydın olan problemlərdən dolayı oyunçuların xaricdə bir klubdan digərinə keçiddə problem yaşadığını istisna edə bilmərik. Amma.... Ammalar çoxdur. Məsələn, birini qeyd edim. Niyə Mahir bacarır, digərləri yox? Niyə bizim futbolçular ölkə xaricinə çıxdıqdan bir neçə ay sonra çamadanlarını yığıb, Azərbaycana qayıtmaq üçün bu qədər həvəslidirlər. Axı, burada hər kəs kimi onlar da etiraf edirlər ki, Azərbaycan futbolunun səviyyəsi aşağıdır. Bəs, niyə bu oyunçular ölkə xaricndə də özlərinə yer tapa bilmirlər və ya buna gücləri çatmır?
Təbii ki, bu hallar yalnız onların şəxsi karyeralarını yox, bütün Azərbaycan futbolunun problemidir. Bu gün xarici çempionatda oynayan hər bir futbolçumuz qolu-qanadı sınmış, açıq-aşkar "ölmüşəm, gəlin, məni basdırın" deyən milli komandamızın yükünü çiyinlərində daşıya, onu ölmüş vəziyyətdən dirildə bilər.
Sizə sadə bir misal gətirim. Məncə, artıq Xviça Kvaratsxeliyanın adını bir çoxlarınız eşitmisiniz. 21 yaşlı bu yarımmüdafiəçi "Napoli" kimi İtaliya nəhəngində çıxış edir, A seriyasında "baş çıxarır", orada qala bilir, digər böyük xarici klubların maraq dairəsinnə düşür. Həmin Xviça nə İngiltərə futbolunda yetişib, nə də Braziliyada. Xviça çox yaxında, qonşu ölkədə - Gürcüstanda yetişib. Yeri gəlmişkən, o, Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.
Hə, gəlirik "O əjdahadan niyə bizdə yoxdur?" məsələsinə. "Bəyin oğurlanması" filmindəki sualın cavabı da elə sualla olmuşdu: "Sənə əjdaha lazımdır?" Ardını siz bilirsiniz. Amma bizə əjdaha lazımdır. O əjdaha ki, Azərbaycanı, ölkənin futbolunu xaricdə tanıtmaqla yanaşı, özünü inkişaf etdirsin, qazandığı təcrübə ilə milli komandamıza fayda versin.
Yenə sual verirəm: "O əjdahadan niyə bizdə yoxdur?"

Mən sualımın cavabını futbol meneceri Səbuhi Səfiyarlıdan almağa çalışdım. Səfiyarlının sözlərinə görə, Azərbaycan futbolunda yetişən keyfiyyətli futbolçular ölkəmizdə yüksək məvacib aldıqları üçün xarici ölkələrin klublarına getmək istəmirlər:
"Ümumiyyətlə, Azərbaycanda xarici klublara futbolçu göndərmək məsələsini çox da real hesab etmək olmaz. Çünki bizim ölkəmizdə yetişən futbolçu Azərbaycanın ən yaxşı oyunçularından olmalı, çempionatda seçilməlidir. Belə futbolçuların, xarici mütəxəssislərin diqqətini cəlb edə bilənlərin də sayı çox azdır. Təsəvvür edin ki, millimizin son oyununda Azərbaycan futbolunun yetirməsi olan cəmi iki oyunçu iştirak edib: Bəhlul Musatafazadə və Elvin Cəfərquliyev. Digər 9 futbolçu Azərbaycan futbolunun yetirməsi saymaq olmaz. Çünki onların hamısı ya əslən azərbaycanlıdır, amma başqa ölkələrdə yetişdirilib, ya da milliləşdiriliblər. Əgər biz Avropanın zəif millilərindən olan Azərbaycan yığması üçün futbolçu yetişdirə bilmiriksə, deməli, bizim Avropa ölkələri səviyyəsində oyunçu yetişdirməyimizə hələ çox var. Ona görə də məsələlərə bir az real baxmalıyıq. Başa düşməliyik ki, bizim o səviyyədə oynaya biləcək futbolçu sayımız azdır. Olanlara da bizim ölkəmizdə ehtiyac var. Azərbaycanda legioner limiti olduğu üçün yerli klublarımız həmin yaxşı futbolçuların aldığı maaşlar çox yüksəkdir. Ona görə də onlar xaricə getməyə üstünlük vermirlər. Yəni, bu futbolçulara Azərbaycanda daha çox ehtiyac var. Xarici klublarda oynamaq səviyyəsində olan futbolçulara Azərbaycanda daha az maaş verirlər. Burada az məvacib alan futbolçuların da səviyyəsi xarici klublara uyğun deyil. Yerli klublarımız azərbaycanlı olan yaxşı futblçuları satmaq istəmirlər. Xaricilər də bir neçə dəfə imtina cavabı alandan sonra artıq bizim oyunçulara maraq göstərmirlər, həvəslə yanaşmırlar. Onlar bilirlər ki, Gürcüstan klubundan istədikləri futbolçunu ala bilərlər. Çünki Gürcüstan klubu bilir ki, bu futbolçunu satsa, onun yerinə digər milli, gənc oyunçunu tapacaq, oynadacaq. Artıq onlar sistemi formalaşdıra bilirlər. Bizdə yaxşı futbolçu sayı həddindən artıq çox azdır. Bu səbəbdən də problem yaşayırıq".
Amma problemin səbəbi tək bu sadalananlar da deyil. Futbolçularımızın xarakter zəifliyi, yeni yaşadığı ölkəyə və mühitə uyğunlaşa bilməməsi də bu məsələdə az rol oynamır.
Mövzumuzla əlaqədar ikinci yazımızda bununla bağlı suallarımıza da cavab tapmağa çalışacağıq.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

İstanbul derbisində heç-heçə - 90+5-də bərabərlik qolu
Rusiyada 6 medal
İmamverdiyev 1, Cəfərov 3 qol vurdu - Video
La Liqada ayın ən yaxşı baş məşqçisi açıqlandı
İstanbul derbisinin heyətləri açıqlandı
Millimizin baş məşqçisi Banqladeşlə oyundan danışdı
“Milan” Fransa klubunun gənc hücumçusuna göz dikdi
“Real” Xabi Alonso ilə yollarını ayıracaq?
Millimiz seçmə mərhələnin son oyununda məğlub oldu
“Kayrat”ın sabiq baş məşqçisi 46 yaşında vəfat etdi
“Ən qısa zamanda fərqli “Karvan-Yevlax” görəcəksiniz”
1-ci liqada son 10 mövsümün bombardirləri bilindi
Messinin heykəli yenə dağıdıldı - Şəkil
Moussa Fransa klubuna keçə bilər
AFFA nümayəndələri beynəlxalq konfransda iştirak etdi
Ronaldo robot qapıçıya qarşı mübarizə apardı - Video
“Napoli” ingiltərəli hücumçunu hədəfə aldı
“Yuventus”un hücumçusu mövsümü erkən başa vurdu
İngiltərə klubu Saşa Boe üçün hərəkətə keçdi
“Çelsi”nin baş məşqçisi hakimlərin qərarından narazıdır
Ukraynalı məşqçi ilə “Neftçi” niyə anlaşa bilmir?
“Qızıl top” mükafatçısı sıradan çıxdı
"Məqsədimiz Premyer Liqaya qayıtmaqdır" - Adil Şükürov
Premyer Liqada bir ildən sonra ilk qolunu vurdu
“Qalatasaray” derbiyə 7 itki ilə çıxacaq
Riad Rəfiyev: "Bu, çox xoşagəlməz hadisədir"
Santosun Azərbaycan çempionatında 100-cü oyunu
Safonov PSJ-də debüt matçına çıxacaq
“Mançester Yunayted” bu göstəricidə “Arsenal”la bərabərləşdi
"Qarabağ"la 800-cü oyun
"Real"ın xal itkisi - Video
Fransalı futbolçunun Azərbaycanda yubiley qolu
34 ildən sonra gələn çempionluq
London derbisində heç-heçə, “Liverpul”dan qələbə
Azərbaycan karateçisindən bürünc medal
Premyer Liqa klubları gənc hücumçunu hədəfə aldı
Luk Şou “Mançester Yunayted”də yubiley matçına çıxdı
İspaniya klubu baş məşqçisi ilə yollarını ayırdı
“Qəbələ”nin doğma meydandakı qələbəsi - Video
Martinez dubl etdi, “İnter” qələbə qazandı
“Rizespor”un yeni baş məşqçisi bəlli oldu