İngiltərə millisinin və "Tottenhem"in sabiq futbolçusu Aaron Lennon karyerasını başa vurub.
Qol.az xəbər verir ki, bu barədə 35 yaşlı yarımmüdafiəçi özünün "Tvitter" hesabında məlumat yayıb. O bildirib:
“Nəhayət qərara gəldim ki, butslarımı asmaq vaxtıdır. Bütün variantları ölçüb-biçdikdən sonra onların mənə və gənc ailəmə uyğun olmadığımı hiss etdim. Bu, çox çətin bir qərar idi. Çünki 3 yaşımdan bəri futbol mənim həyatım olub. Son 20 ildə ən yüksək peşəkar səviyyədə oynamaq heyrətamiz idi. Həyatımın növbəti fəsli üçün həyəcanlıyam və sevdiklərimlə daha çox vaxt keçirəcəyəm. Futbol dünyası, sizə ürəkdən təşəkkür edirəm”.
Qeyd edək ki, Lennon karyerası ərzində "Lids Yunayted", "Everton", "Bernli", "Kayserispor" kimi klubların da formasını geyinib. Lakin o, daha çox 10 mövsüm keçirdiyi (2005-2015) "Tottenhem"dəki oyunu ilə tanınır. Lennon son klubu "Bernli"dən ötən il ayrılıb. Həmçinin Aaron 2006-2013-cü illərdə İngiltərə millisində çıxış edib.
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı
“Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
Almaniya millisinin oyunlarını buraxacaq
Hər uğursuzluqda qaçıb gizlənməyən klub rəhbəri…
"Arsenal"dan ayrılmaq istəyir