"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 14-cü turunda "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib.
Qol.az xəbər verir ki, o, əvvəlcə oyun barədə fikirlərini bildirib.
- Oyun gözlədiyimizdən də çətin, gərgin keçdi. Birinci hissədə daha rahat idik, topla oyunumuz daha yaxşı alınırdı. Yaxşı hücumlarımız var idi, amma sonluğu gətirə bilmirdik. Son ötürmələrdə zərbələrdə ustalıq çatmırdı, həyəcan var idi. İkinci hissəyə rəqib daha aqressiv başladı. Dəqiqələr ötdükcə xüsusilə də sağ cinahdan yüklənirdik. Lorislə Qismət yaxşı anlaşırdılar. Qol da oradan gəldi. Çox vacib qələbə qazandıq. Həftə ərzində futbolçuların üzərində təzyiq var idi. Buna baxmayaraq önəmli qalibiyyət əldə etdik. İki həftəlik fasilə var. Sonra kubok matçı, ardınca "Qarabağ"la səfər oyunumuz olacaq. İki gün dincəlib matçlara hazırlaşacağıq.
- Heyətdə itkilər var. Bu, oyununuza təsir etdi?
- Birinci hissədə çətinliyimiz yox idi. Amma ikinci hissənin əvvəlində oldu. İlk hissədə çox yaxşı çıxışlar etdik. Hücumameyilli oyunçularımız hücumları tam istədiyim kimi inkişat etdirə bilmirdilər. Amma oyun quruculuğu çox yaxşı idi. Rüstəmi heç nədən itirdik. 4 gündür qızdırma içindədir. Felipe "Qəbələ" ilə görüşə sağlam çıxdı, bir saat sonra ayağı şişməyə başladı. bir həftədir ki, məşq edir. İkinci hissədə oyunu gücləndirmək istəyəndə itkilər özünü daha qabarıq şəkildə göstərdi. Amma meydana çıxan, sonradan daxil olanlar sona kimi əllərindən gələni etdilər.
- Hakimliklə bağlı fikirləriniz necədir? Oyun zamanı etiraz edirdiniz. Rahid Əmirquliyevlə də aranızda insident oldu. Orada nə baş vermişdi?
- Rahid birinci bizə etiraz etdi. Mən də dedim ki, sənin bizim skamyaya dönüb nəsə deməyin düzgün deyil. Rahidlə 15-20 ilin dostuyuq. Başqa bir şey ola bilməz. Etiraza gəldikdə isə, müzakirə edirik də. O da etiraz sayılır? 4-cü hakimlə arada dialoq edirdik.
- "Qarabağ"la matçdan öncə xüsusi psixoloji hazırlığa ehtiyac duyulur?
- Hər rəqib "Qarabağ"la oyuna öncə psixoloji cəhətdən hazır olmalıdır. Bu, tək bizim daxili çempionata aid deyil. Beynəlxalq arenada da görürük ki, rəqiblər "Qarabağ"la matça istər psixoloji, istərsə də taktiki cəhətdən xüsusi hazırlaşırlar. Amma öncə kubokda çox vacib 1/8 final görüşü olacaq. İlk növbədə həmin oyunu düşünəcəyik.
- Zədəli futbolçuların durumu nə yerdədir?
- Ciddi deyil. Amma bu periodda 2-3 həftə məşqləri qaçırıb, sonra yenidən hazır olmaqları vaxt alacaq. Kubokda 1/8 finaldan sonra 4-5 gündən bir oyunlar bizi gözləyir. Həmin periodda geniş heyətə ehtiyacım olacaq. Hər futbolçunun sağlamlığı bizim üçün önəmlidir.
- Bu gün rəqib "Qarabağ" və ya "Neftçi" olsaydı, qapıda yeni Mehdi Cənnətovu görəcəkdik?
- Bəli. Yenə qapıda Mehdini görəcəkdik. "Qəbələ" ilə oyunda bir az taktiki səhv idi. Mövqeyi bir balaca düz deyildi. Keçən dəfə də bildirdim ki, bu, daha çox Ülvinin ustalığı idi. Bəlkə də çempionatımızda 10 ildə bir baş verəcək hadisədir. O da bizim başımıza gəldi. "Qəbələ" ilə oyunu çox yaxşı keçirmişdi. Bu gün Mehdini hazır görürdüm. Ona görə də üstünlüyü ona verdim.
- Bundan sonra "Zirə"nin 3-4-cü yerlər uğrunda mübarizə aparacağını demək olar?
- Bu gün elə görünür. Bu baxımdan bugünkü "Neftçi" - Qəbələ" matçı da həlledici olacaq. "Neftçi" qələbə qazansa, 3-4-cü yerlər uğrunda mübarizə aparan komandalar bir az qopacaq. Amma futboldur. "Sabah"ın 13 tura topladığı xal son 13 ildə çempionluq xalıdır. Sadəcə olaraq bu ilə "Qarabağ" 13/13 edib. Ötən illərə baxsaq, nə "Qarabağ", nə "Neftçi" 13 turdan sonra bu qədər xal toplamayıb. "Sabah"la "Qarabağ" çox ambisiyalıdır. "Neftçi"də hansı vəziyyətdə olursa-olsun hər zaman çempionatda favoritdir. Bu üçlük səviyyəcə digər komandalardan fərqlənir. Futboldur, sona kimi mübarizə aparacağıq. Hazırda bizim üçün 4-cü yer çox önəmlidir. Geridə olan komandalardan biri kuboku qazanmasa, 4-cü yerdə Konfrans Liqasına vəsiqə verir. Hər şeyi düzgün təhlil etməyə çalışırıq. Bizim üçün ilk məqsəd Konfrans Liqasına vəsiqə qazanmaqdır. Təbii ki, medal da olsa, bu, əlavə qazancdır. Hələ qarşıda çox oyunlar var. Qış fasiləsini komandaların necə keçirəcəyi çox önəmlidir. Çempionatın nəticəsinə təsir edəcək amillər olacaq.
- "Sabah" sabah "Qarabağ"ı məğlub etsə, çempionluğun taleyi həll oluna bilər?
- Rəsmiləşmək yox, amma böyük üstünlük yarana bilər. Mən özüm bir azarkeş kimi səbrsizliklə bu oyunu gözləyirəm. Hər iki komanda möhtəşəm performans göstərir. Bu komandalar çempionatımıza rəng qatır. "Neftçi"ni də bu mübarizədən silməyə tələsmək olmaz. "Ağ-qaralar" şəxsən mənim çox xoşuma gəlir. Məncə bu üç komanda arasında sona qədər gərgin mübarizə gedəcək.
- Sabah kimə azarkeşlik edəcəksiz?
- Gözəl futbola.
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər
Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı
"Bavariya" onunla müqaviləni uzatdı
"Yuventus"un yeni formaları - Şəkillər
"Zirə" "Göztepe"nin sabiq futbolçusunu aldı
AFFA-nın stadionunun yeni ot örtüyü - Şəkillər
Emin Mahmudov: "90 illiyimizə görə böyük motivasiyamız var"
"İmişli"də latviyalı mütəxəssis
"Şəfa" yeni transferini açıqladı
Zidan Fransa millisinin baş məşqçisi təyin olundu
"İmişli" 5 qolla qalib gəldi
“Sabahın Ulduzları”: Sabahdan daha uzağa uzanan yol
"Qəbələ"də nigeriyalı futbolçu
"Azərbaycan futbolunun inkişafı yalnız AFFA-nın işi deyil" - AFFA-nın texniki direktoru
“Qarabağ”ın iştirak ərizəsi - Heyətdə dəyişiklik var
"Turan Tovuz" "Monpelye"nin yetirməsini transfer etdi
Toral oynadı, komandası qalib gəldi
Daha 1 il "Araz-Naxçıvan"da
DÇ-2026-nınn ən pis "111-liy"i - Neymar da var
Messi Argentina millisindən ayrılır
FİFA DÇ-2026-nın ən yaxşı hücumçularını açıqladı
“Araz-Naxçıvan”dan ayrıldı, vətəninə qayıtdı
“Qarabağ” SSKA ilə oyuna hazırlaşır - Şəkillər
"Qarabağ"ın rəqibi mövsümün ilk matçına çıxdı
DÇ-2026 FİFA-ya rekord gəlir qazandırdı
İspanlara qol vuran milli baş məşqçisiz qaldı
Finaldan sonra mətbuat konfransında ağladı - Video
"Araz-Naxçıvan"dan böyükhesablı qələbə
“Qarabağ” - “Vestri” matçı bu göstəricidə birinci oldu
Kevin Kiqan vəfat etdi
“Sabahın Ulduzları” üçün imzalar atıldı - Şəkillər
“Azərbaycanda uşaq-gənclər futbolunun yeni təməlini qoyuruq”