"Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 12-ci turunda evdə "Neftçi"yə 0:3 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransı keçirib. Qol.az xəbər verir ki, o, komandasının məğlubiyyəti barədə bunları deyib.
- Oyundan əvvəl də bilirdik ki, çətin olacaq. Son turdakı məğlubiyyətdən sonra “Neftçi”nin bu gün meydana motivasiya ilə çıxacağı məlum idi. Bizim də öz məqsədlərimiz var idi. Təəssüflər olsun ki, rəqib bizi meydanda üstələdi və layiqli qələbə qazandı. Oyunun əvvəlində erkən qol buraxmağımız komandamıza mənfi təsir etdi. Buraxdığız qollar həlledici oldu.
Həmçinin oxuyun: Rəşad Sadıqov: “Qurban Qurbanova qarşı haqsızlıq olub!” - Video
- Bu gün VAR-ın olmaması oyuna nə dərəcədə təsir etdi?
- Künc zərbəsi zamanı buraxdığımız ikinci qol bir qədər şübhəli idi. Amma deməzdim ki, rəqib bizi VAR-ın yoxluğuna görə üstələdi.
- Növbəti tur “Qəbələ” ilə qarşılaşacaqsınız. Bu komanda ilə aranızda cəmi 2 xal fərq var.
- Bugünkü məğlubiyyət bizi üçüncü pillədən bir qədər geri saldı. Bu da planlarımıza daxil deyil. Növbəti tur Qəbələyə səfər edəcəyik. Çalışacağıq ki, həmin oyunda daha yaxşı çıxış edək.
- Oyunun əvvəlində komandanızın müdafiə xətti sanki həyəcanlı idi. Bu, nədən irəli gəlirdi?
- Oyuna əslində yaxşı başlamışdıq. Qola qədər 2-3 dəfə əks-hücumlarda rəqibi yaxalamışdıq. Bir epizodda hətta üçə bir çıxdıq. Amma təəssüf ki, həmin epizoddan faydala bilmədik. Erkən qoldan sonra komandamız sanki özünə gələ bilmirdi. Ümumiyyətlə, bu mövsüm çox ucuz qollar buraxırıq. Belə qollar buraxdıqca vəziyyətimizi düzəltmək çətinləşir. Xüsusən də iddialı komandalarla matçlarda ucuz qollar buraxırıq.
- Ucuz qollar buraxmağınızı nə ilə əlaqələndirmək olar?
- Buraxdığımız qolların çoxunda fərdi səhvlərə yol veririk. Futbolçunun kobud texniki səhvi, yaxud diqqətsizliyi rol bunda rol oynayır.
- Mehdi Cənnətovun son durumu nə yerdədir?
- Artıq meydana çıxmağa hazırdır. Bu gün Anar Nəzirova şans verdim. Ola bilər növbəti turda Mehdi meydana çıxsın. Kim məşqlərdə daha yaxşı özünü göstərsə, o da start heyətində yer alır.
- Bu gün oyuna 3 mərkəz müdafiəçisi ilə başladınız. “Sabah” və “Qarabağ”la matça da bu cür taktiki düzülüşlə çıxmışdınız və uduzmuşdunuz...
- Bu gün ikinci, üçüncü qolları dördlü müdafiəyə keçdikdən sonra buraxdıq. “Qarabağ”la oyunda da 1:1 olarkən dördlü müdafiəyə keçdik və qapımızda 6 qol gördük. Bu gün məcburiyyətdən üçlü müdafiə ilə meydana çıxmışdıq. Heyətdəki itkilər bizi buna məcbur etmişdi.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu