"Bura qələbə qazanmaq üçün gəlmişdik. Oyuna pis də başlamadıq. Matçın qırılma nöqtəsi birinci hissənin ortalarında yaşandı. Mərkəz müdafiəçimizin anlaşılmayan hərəkətindən sonra qapımızda qol gördük. Daha sonra həmin oyunçu qırmızı vərəqə ilə cəzalandırıldı. Bu isə komandanın əməlli-başlı oyundan düşməsi deməkdir. Fərqli qələbə qazandılar. "Kəpəz" möhtəşəm idi. Uduzmuşuq, futbolçulara deyiləsi söz də çoxdur. Amma bəhanə axtarmaq fikrimiz də yoxdur. Qarşıdakı oyunlara hazırlaşacağıq".
Qol.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Mahmud Qurbanov Misli Premyer Liqasının 12-ci turunda səfərdə "Kəpəz"ə 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, sözügedən matçda qırmızı vərəqə alan Nihad Qurbanlı cəzalandırılıb-cəzalandırılmayacağı bağlı bildirib: " Cəzalandırmaq asandır. Bizdə cəza metodları var. Onlar arasında futbolçunun əvəzedici heyətə göndərilməsi, pul cəzasını qeyd edə bilərəm. Mənə maraqlı olan odur ki, oyunu 11 nəfərlə başa vura bilmirik. Nəticə qazanmaq istəyirik, amma neçə oyundur, meydanı 10 nəfərlə tərk edirik. Bu problemdir. Bilərəkdən qırmızı vərəqə aldıqlarını da deməzdim. Sadəcə olaraq, görünür ki, aqressiv və kobud futbolu ayıra bilmirlər. Başa salırıq, amma ayırd edə bilmirlər. Qırmızı vərəqələr oyunumuza çox təsir edir. Futbolçularımızdan aqressiv oynamalarını istəyirik. Amma bu, o demək deyil ki, qırmızı vərəqə alsınlar. Nihad Qurbanlı təcrübəsizlikdən qırmızı vərəqə aldı".
Mütəxəssis Gəncənin onun üçün doğma olduğunu vurğulayıb: "Ölkəmizin ən gözəl şəhərlərindən biridir. Rəqib baş məşqçi kimi olsa belə, bura gəlmək çox xoş idi. Gözəl futbol atmosferini gördük. Futbol bayramı oldu. Əfsuslar olsun ki, buranı məğlub tərk edirik. Üzücü məqam uduzmağımızdır. Amma stadiondakı ab-hava möhtəşəm idi".
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu