"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo və baş məşqçisi Erik ten Haq fikir ayrılıqlarını aradan qaldırıblar.
Qol.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Qeyd olunur ki, Ronaldo əsas komandadan kənarlaşdırıldıqdan sonra Ten Haqla görüşləri olub. Bu gün o, komanda ilə məşqlərə qayıdıb. Ronaldo Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Şerif"lə matçda meydana çıxa bilər. O, "Mançester Yunayted"in iştirak ərizəsində yer alacaq. Ten Haq 37 yaşlı hücumçu ilə problemin həll olunduğuna sevinir və onunla yoluna davam etmək istəyir.
Ronaldo Premyer Liqanın 12-ci turunda "Tottenhem"lə matçda meydana çıxmaqdan imtina edib. Klub 37 yaşlı futbolçu iki həftəlik əmək haqqı məbləğində cərimələyib. Bu, 887 min avro deməkdir. Həmçinin Ronaldo İngiltərə Premyer Liqasının 13-cü turunun "Çelsi" ilə matçı üçün heyətdən kənarlaşdırılıb. Bundan sonra o, fərdi məşqlərə başlamışdı.
Əlavə edək ki, "Mançester Yunayted" - "Şerif" matçı oktyabrın 27-si "Old Trafford" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Avstriyadan "Kəpəz"ə
"Şəfa"dan 12-ci transfer
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər
Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı
"Bavariya" onunla müqaviləni uzatdı
"Yuventus"un yeni formaları - Şəkillər
"Zirə" "Göztepe"nin sabiq futbolçusunu aldı
AFFA-nın stadionunun yeni ot örtüyü - Şəkillər