Xorvatiya millisinin və "Real"ın futbolçusu Luka Modriç DÇ-2022-dən sonra yığmadakı karyerasını başa vuracaq.
Qol.az "Globo Esporte"a istinadən xəbər verir ki, bu barədə 37 yaşlı yarımmüdafiəçi öz açıqlamasında bildirib: "Mən artıq müəyyən yaşa çatdığımı və bunun Xorvatiya millisində sonuncu turnirim olduğunu bilirəm".
Həmçinin oxuyun: Modriç ÇL oyununu buraxacaq
Qeyd edək ki, Modriç 2006-cı ilin martında milli komandada debüt edib. Kapitan Xorvatiya yığmasında 154 oyunda 23 qol vurub və 24 qolun ötürməsini verib.
Xatırladaq ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Xorvatiya mundialda F qrupunda Belçika, Kanada və Mərakeş ilə mübarizə aparacaq. Yığma yarışda ilk oyununu noyabrın 23-ü Mərakeşə qarşı keçirəcək.
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol! - Video
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşdi
Qurban müəllim onu sərgi eksponatına çevirib!
Mahir Emrelinin komandası da mərhələ adladı
Ayrılan kimi "Fənərbaxça"ya rəqib oldu
Ronaldo saçını narıncı rəngə boyadı - Şəkil
“Qarabağ” qalib gəlib “pley-off”a yüksəldi!
"Lester" klubu satışa çıxarıldı
Haaland 4 rekordla "Ginnesin Rekordlar Kitabı"nda