AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov “Qarabağ”ın futboçusu Qara Qarayevin milliyə çağırılmamasını tənqid edib.
Millinin baş məşqçisi Canni de Byazinin Millətlər Liqasının Slovakiya və Qazaxıstanla oyunlar üçün açıqladığı heyətlə bağlı fikirlərini Qol.az saytı ilə bölüşən təcrübəli mütəxəssis deyib:
“Çox qəribə heyət seçimi görürəm. Elə oyunçular var ki, klubunda oynamır, amma yığmaya dəvət alıb. Elələri var ki, klubunda çox yaxşı oynayır, milliyə çağırılmayıb. Bu il Qara Qarayevin oyunu çox yüksək səviyyədədir. O mövqedə Qara Azərbaycanda birincidir. Yaddan çıxarmayaq ki, Qara bir çox oyunlarda “Qarabağ”ın kapitanı olur. Yəni oyunçunun psixologiyasına əl dəyməmək, ona hörmət etmək baş məşqçi üçün vacib məsələdir. Qara da o oyunçulardandır. Son matçlarda “Qarabağ”da çox əla oynadı. Onun milliyə niyə dəvət olunmaması həddindən artıq böyük sualdır.
Klub səviyyəsində hər cür futbolçular olur və müxtəlif qərarlar verə bilərsən. Amma milli komandada məşqçi heç vaxt oyunçu ilə intriqa aparmamalıdır. Futbolçu komandaya vacib lazımdırsa, xasiyyəti necə olur-olsun, baş məşqçi onu heyətə dəvət etməlidir. Biz İtaliya, Fransa, Almaniya deyilik ki, bir mövqedə 10 oyunçumuz olsun. Özü də Qara sırf azərbaycanlıdır, milliləşdirilən oyunçu deyil. Buna da fikir vermək lazımdır”.
Ramiq Ağaməmmədov
Skaloni razılıq verdi
Premyer Liqa klubuna canlı maskotla bağlı xəbərdarlıq
"Qalatasaray" 6 qollu matçdan qalib ayrıldı
“Qalatasaray”ın Çempionlar Liqası rekordunu yenilədi
Bir ildən sonra yaşıl meydanlarda
Klub azarkeşlərin boykotunu dəstəklədi
“Şahdağ Qusar”ın baş məşqçisindən açıqlamalar
Derbidə üz tanıma sistemindən istifadə ediləcək
"Lill" - "Qalatasaray" matçının heyətləri açıqlandı
“Barselona”nın futbolçusu “El Klasiko”nu buraxacaq
“Fənərbaxça”da ciddi itkilər var
“Keçmiş klubuna qarşı oyunlar həmişə xüsusi olur”
1-ci liqa: “Şahdağ Qusar” liderliyini qoruyur
Yamalın üzünə kəllə vuran futbolçu cəzalandırıldı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
Kvaratsxeliya: “Niyə məhz mən?”
Azərbaycanın 7 boksçusu mərhələ adladı - Avropa çempionatı
Ayxan Abbasovdan U-15 millisinə dəstək ziyarəti - Şəkillər
"Barselona" UEFA-ya şikayət etdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Mahir Emrelininin yeni baş məşqçisi məlum oldu