“Əslində Slovakiya ilə ev oyununda səhv etmirəmsə, son dəqiqələrdə qol buraxdıq. Yəni, bu komandaya qarşı oynamaq mümkün idi”.
Bu sözləri Qol.az saytına açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov deyib. O, Azərbaycan yığmasının Millətlər Liqasında sentyabrın 22-si səfərdə Slovakiya və sentyabrın 25-i evdə Qazaxıstanla qarşılaşacağı matçlar barədə fikirlərini bölüşüb.
Kərimov bildirib ki, Slovakiya millisi ilə səfər görüşü komandamız üçün daha çətin keçəcək: “Bakıda 0:1 hesabı iılə uduzduq. Amma düşünürəm ki, səfərdəki matç daha da çətin olacaq. Çünki onların azarkeşləri öz komandalarını dəstəkləyəcəklər. Məncə, artıq slovaklar bizim üstün tərəflərimizi də bilirlər. Ona görə də düşünürəm ki, səfər oyununda xal qazanmaq bizim üçün çətin olacaq”.

Mütəxəssis Azərbaycan millisinin evdə Qazaxıstana qalib gələ biləcəyini söyləyib: “Qazaxıstan hazırda qrupun lideridir. Qrupdan elə 1-ci yeri tutan komanda kimi çıxa bilərlər. Amma məncə, millimiz Qazaxıstana qarşı Bakıda daha yaxşı oynayıb, xal qazana bilər. Ümumilikdə rəqibin oyununa diqqət etsək, görərik ki, onlar daha çox əks-hücumlara bel bağlayırlar və bu baxımdan çox güclüdürlər. Amma böyük mənada bizə qarşı basqılı bir oyun nümayiş etdirməyəcəklər. Düşünürəm ki, biz Bakıda Qazaxıstan millisinə qalib gələ bilərik”.
A.Kərimov “Qarabağ”ın futbolçusu Qara Qarayevin milliyə dəvət olunmamasına da münasibət bildirib. O, yarımmüdafiəçinin yığmamız üçün əvəzolunmaz oyunçulardan olduğunu və Qaranın milliyə çağırılmamasına təəccübləndiyini deyib: “Bu, mənim üçün də təəccüb doğurdu. Belə şeylər məşqçinin seçimidir. Sözün düzü, bilmirəm ki, heyətdə vəziyyət nə yerdədir. Mənə görə, Qara millinin əvəzolunmaz bir oyunçusudur. Əsas heyət futbolçusudur. Amma yenə də bu, məşqçinin seçimidir. Bir italiyalı məşqçi meydanın mərkəzində daha çox Eddi İsrafilov kimi futbolçulara üstünlük verir. Yəni, daha hündürboy, güclü, ikili mübarizələrdə daha çox qalib gələn oyunçu istəyirlər. Amma yenə deyirəm, mənim üçün Qara yığmanın əvəzolunmaz futbolçusudur. Lakin istənilən halda məşqçinin seçiminə hörmətlə yanaşmaq məcburiyyətindəyik. “Niyə Qaranı milliyə çağırmırsan” - deyə də nəsə söyləyə bilmərik”.
Qeyd edək ki, sentyabrın 22-si “Anton Malatinski” stadioninda keçiriləcək Slovakiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Sentyabrın 25-i “Dalğa Arena”da oynanılacaq Azərbaycan - Qazaxıstan matçı isə saat 20:00-da start götürəcək.
Nur Zeynalova
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı
“Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
Almaniya millisinin oyunlarını buraxacaq
Hər uğursuzluqda qaçıb gizlənməyən klub rəhbəri…
"Arsenal"dan ayrılmaq istəyir
Salah şəkil çəkdirdi, ərazi turist mərkəzi oldu - Video
Azərbaycanın iki boksçusu mərhələ adladı - Avropa çempionatı
Əfsanənin vida forması - Video
İngiltərə millisinə getməkdən özü imtina edib?
“Mançester Yunayted”də itki
Atasının yolu ilə
Premyer Liqa klubundan maraqlı addım - Şəkil
Ukraynalı məşqçi Azərbaycana qayıdır - Bu klubla razılaşdı
Cəlal ehtiyatda qaldı, komandası qalib gəldi
“Dinamo”dan əzmkar qələbə - Video
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı