"Qarabağ"ın futbolçusu Kevin Medina gözləniləndən tez sıraya dönəcək.
Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Qol.az-a verdiyi məlumata görə, kolumbiyalı müdafiəçi həkim nəzarətində həm meydanda, həm də idman zalında bərpa məşqlərini keçir.
"Medina təxminən 6-7 gün sonra komanda ilə tədricən məşqlərə qoşulacaq. İki həftədən sonra artıq komanda ilə tam şəkildə məşq edəcək. Onun sağalma prosesi gözləniləndən tez gedir".
Klub rəsmi onu da bildirib ki, Medina Avropa Liqasının qrup mərhələsinin son 4 matçında meydana çıxa bilər.
Xatırladaq ki, Medina iyulun 27-də Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab qarşılaşmasında “Sürix”lə səfər oyununda zədələnmişdi
6 qol, 1 qırmızı vərəqə
“Qəbələ” - “Araz-Naxçıvan” matçından - Video
Məğlubiyyətdən sonra baş məqşçi mətbuat konfransına gəlmədi
"Real"ın hədəfinə düşdü
"Tottenhem" ilin ilk qələbəsini qazandı
"Bunu deyə bilmərəm, müqaviləm mövsümün sonunda başa çatır"
"Neftçi"nin baş məşqçisi və hücumçusu derbini buraxacaq
Ramalinqomun dublu, "Sumqayıt"ın qələbəsi - Video
"Barselona" liderliyini möhkəmləndirdi
"Bavariya" 7 qollu matçdan üstün ayrıldı