"Neftçi" 17 il sonra rekordu təkrarladı

"Neftçi" 17 il sonra rekordu təkrarladı
ÖLKƏ FUTBOLU 5 Sentyabr 2022 / 11:50 3222
-  A +

“Neftçi” Azərbaycan Premyer Liqasının ilk 5 turunda 12 qol vurub.

Qol.az PFL-in saytına istinadən xəbər verir ki, bu, “ağ-qaralar” üçün son 17 ilin ən yüksək məhsuldarlığının təkrarıdır. Bakı klubu 2007/08 mövsümündəki göstəricisinə imza atıb.

Paytaxt təmsilçisinin startda daha çox qol vurmasına isə 2005/06 mövsümünə təsadüf olunub. Həmin vaxt “Neftçi” ilk 5 turda 13 dəfə rəqib qapısına yol tapıb. Sonrakı 17 mövsüm üçün rekord isə 2007/08 və 2022/23 mövsümlərinə aiddir.

Laurentsiu Regekampfın yetirmələri həm də ilk 5 turda iki böyükhesablı qələbə qazanıb. “Ağ-qaralar” sonuncu dəfə azarkeşlərini belə startla 2003/04 mövsümündə sevindirib. 19 il öncə beş oyundan ikisində üç və ya daha çox top fərqi qeydə alınıb.

Qeyd edək ki, “Neftçi” cari mövsümdə “Şamaxı” (1:0), “Kəpəz” (5:2), “Sabah” (1:2), “Zirə” (2:1) və “Sumqayıt”la (3:0) üz-üzə gəlib.

Daha çox


Son xəbərlər
28.02.26  16:19

"Neftçi"də itki

topaz banner