"Gərgin oyun oldu. “Sabah”la matçı çıxmaqla bütün oyunlarımız gərgin alınıb. Azarkeşlər üçün maraqlı oldu".
Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbayan Premyer Liqasının 5-ci turunda bu gün "Qəbələ" ilə keçirilən oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, 2:1 hesablı qələbəni belə şərh edib: "Oyuna pis başlamadıq, amma sonra üstünlük rəqibə keçdi. Penaltidən sonra daha aqressiv oynadıq. Hər iki komanda topla oynamağı xoşlayır. Maraqlı mübarizənin şahidi olduq. Hər iki komanda qələbəyə layiq idi. Futbolçularımı təbrik edirəm. Psixoloji cəhətdən ağır oyun idi. Dönüş etmək xarakter, usatlıq tələb edir".
- Rəqibin baş məşqçisi Elmar Baxşıyev dedi ki, bu gün güclü qalib gəlmədi...
- Onun şəxsiyyətinə və işinə böyük hörmətim var. Ola bilsin, belə fikirləşir. Düşüncəsinə hörmət edirəm. Bu gün hər iki komanda qələbəyə layiq idi. Oyun çox sürətli gedirdi. Biz daha dəqiq olduq.
- Oyunun taleyini necə dəyişdiniz?
- Allah dəyişdi. Sonradan meydana çıxanlar oyunu canlandırdılar. Həlledici amil futbolçuların meydanda qəti və iradəli olması oldu. Qələbə qazanmağı düşünürdülər. Belədə istənilən nəticə əldə olunur.
- Yeni transferlərin oyununu necə dəyərləndirirsiniz?
- Heyfsilənirəm ki, komandaya gec qoşuldular. Heyət geniş olanda manevr edə bilirsən. Kasad olanda isə oyuna güc qatmaq üçün əldə material olmur. Bu gün oyuna yaxşı daxil oldular. Optimal formaya keçəndən sonra daha çox fayda verəcəklər.
- Qapı xəttində dəyişiklik etmişdiniz. Bu, nə ilə bağlı idi?
- Sadəcə, belə qərar verdik. Anar ötən mövsümün sonunda da yaxşı çıxış etmişdi. Bu gün ona şans verdik.
- Rəhim Sadıxov “Zirə”yə gələndən ən yaxşı oyununu keçirdi. Hücumda oynaması nə ilə bağlı idi?
- Onda hücumçu keyfiyyətlərini görürəm. Usta oyunçudur, ağıllı və sürətlidir. Əvvəlki matçlarda da hücumda oynatmaq istəyirdim. Bu gün qəti fikrim oldu. Çox fayda verdi. Universal oyunçudur, bir neçə mövqedə oynaya bilər. Onu De Brüyneyə ("Mançester Siti"nin belçikalı yarımmüdafiəçisi Kevin de Brüyne - red.) oxşadıram. O da müxtəlif mövqelərdə oynayır. Rəhim son dəqiqələrdə dayaqda da çıxış etdi.
- Transfer pəncərəsi bağlanıb. Təmkin Xəlilzadə ilə İlkin Muradovun taleyi necə olacaq?
- Hər dəfə bu suala cavab vermək istəmirəm. Əvəzedici heyətdə oynayıb formalarını bərpa edirlər. Onların karyerası üçün vacibdir. Yolumuza davam edirik. Daha yaxşı kollektiv olmaq istəyirik.
- Oyunlarınız gərgin keçir, özünüz də gərgin olursuz. Məşqçilik karyeranızın ən ağır mövsümü olduğunu deyə bilərik?
- Qəti bu barədə düşünmürəm. Bəlkə, mövsümün sonunda belə deyəcəm. Əksinə, çox sakitəm. Oyun ərzində reaksiya verə bilərsən. Ən çətini ilk ilimdə mövsümün sonunda olub. Həm kubok, həm çempionatda elə hadisələr oldu ki, həmişə yadımda qalacaq. Bilmirəm, bəlkə ondan daha betər mövsüm də olacaq.(futbolpress.az)
Yamaldan tarixi rekord
"O, döyüşçü xarakterli oyunçudur"
Flikdən "Barselona"da 100-cü oyun
Haaland start heyətdə yer almadı
Yamal ilk her-trikini etdi, rekorda imza atdı
"Liverpul" 7 qollu matçda qalib gəldi
Qubada baş tutmalı olan matçın yeri dəyişdirildi
Qəbələdə vurulan 2 qol - Video
Vaxt itkisinə yol verən komanda azlıqda qalacaq - Yeni qayda
"Bu gün bəxt bizdən üz döndərmişdi" - Kaxaber Sxadadze
"Beşiktaş"dan derbi öncəsi minimal hesablı qələbə
"Heç bir məşqçi belə tapşırıq verməz" - Fizuli Məmmədov
Azərbaycan cüdoçusu Özbəkistanda çempion oldu
VAR artıq ikinci sarı vərəqələrə də müdaxilə edəcək
Şamaxıda və Qəbələdə heç-heçə
Reşford "Barselona"da maaşının azaldılmasına razılaşdı
"Qəbələ"nin futbolçusu mükafatlandırıldı
Dramatik oyunda vurulan 4 qol - Video
"Sanki bizim irəli getməyimizi istəmirlər" - Yuri Vernidub
"Çelsi" ulduz futbolçuları ilə sağollaşmalı olmayacaq
"Neftçi"də itki
"Qəbələ" - "Karvan-Yevlax": Heyətlər
ABŞ klubu ilə müqavilə bağlasa da, “Qarabağ”da məşq edir
İsraildə oyunlar təxirə salındı
Azərbaycan cüdoçusu “Böyük Dəbilqə”nin finalında
“Şamaxı” - “Neftçi”: Heyətlər
“Mançester Siti”nin Vinisius Junior planı
Messi Ağ Evdə Trampla görüşəcək
Qəbələ şəhər stadionu qardan təmizlənir - Video
Hidayət Heydərov cəzalandırıldı - Yarışa qatılmayacaq
“Turnir cədvəlinə fikir vermirik” - Rüfət Abdullazadə
"Atletiko"nun direktoru: "Qrizmannın bizimlə daha 2 ili var"
“Ümid edirəm ki, UEFA Türkiyədə oynamağımıza icazə verər”
Klopp “Real”ın qarşısına şərtlər qoydu