“Mövsümdə ən yaxşı oyunumuzu keçirdik. Daim düşünülmüş şəkildə hücumda olmaq istəyirik. Bunu meydanda görə bildim".
Qol.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 5-ci turunda bu gün "Zirə" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, səfərdə uduzduqları matçı (1:2) belə şərh edib: "Komandama belə oyuna görə təşəkkür edirəm. Qələbəyə daha çox layiq idik. Futbolun özəlliyi də ondan ibarətdir ki, həmişə güclü qalib gəlmir. “Zirə” yaxşı komandadır. Onları təbrik edirəm. Öz komandama inanıram. İddiamızdan əl çəkməyəcəyik. Daha da iddialı olacağıq. O qədər epizodu dəyərləndirmirsənsə, rəqibə şans verirsən. Rəqib də demək olar 2-3 hücumdan ikisini dəyərləndirdi. Ruhdan düşməyəcəyik. Komandam sağlamdır, möhkəmdir və daha artığını etməyi bacaracaq”.
6 qol, 1 qırmızı vərəqə
“Qəbələ” - “Araz-Naxçıvan” matçından - Video
Məğlubiyyətdən sonra baş məqşçi mətbuat konfransına gəlmədi
"Real"ın hədəfinə düşdü
"Tottenhem" ilin ilk qələbəsini qazandı
"Bunu deyə bilmərəm, müqaviləm mövsümün sonunda başa çatır"
"Neftçi"nin baş məşqçisi və hücumçusu derbini buraxacaq
Ramalinqomun dublu, "Sumqayıt"ın qələbəsi - Video
"Barselona" liderliyini möhkəmləndirdi
"Bavariya" 7 qollu matçdan üstün ayrıldı
"Rəhbərliklə danışdıq, gənclərə şans veriləcək" - Saşa İliç