"Oyunboyu üstünlük bizim tərəfimizdə oldu. Qol epizodları da yaratdıq. Lakin fürsətlərdən istifadə edə bilmədik. Belə komandalara qarşı oynamaq çox çətin olur. Çünki rəqib bağlanır, boşluq vermir, tələsmir. Azərbaycan çempionatında bu cür oyunlarla çox rastlaşacağıq. Ümidvaram ki, belə oyunlarda açarı tapacağıq".
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 5-ci turunun "Səbail"lə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
- Qapıçınız Nicat Mehbalıyev haqda fikriniz necədir?
- Nicat da, Yusif də yaxşı qapıçılardır. Bu oyunlarda Yusifə üstünlük verdik. Ancaq Nicata da güvənirik və onun da özünü göstərməsi üçün zamanı olacaq. Nicat sizin qohumunuzdur? Neçə oyundur ki, qol buraxmırıq, siz niyə onu soruşursunuz? Bizim hələ üçüncü qapıçımız da var. O da yaxşı qapıçıdır.
- Nicatı itiririk, ona görə soruşuram..
- Harada itirmişik? O, hazırda paltardəyişmə otağındadır.
- Sanki bu gün komandada döyüşkənlik çatmadı. Düzdür, döyüşkən oyunçuları meydana sonradan daxil etdiniz. Ancaq sizcə, gec deyildi?
- İldar Alekperov və Tellur Mütəllimovun döyüşkən oyunçu yox, daha çox texnikalı futbolçu olduğunu deyərdim. Döyüşkən Elvin Camalovdur. Ola bilərdi ki, oyunun axarını dəyişərdik. Qol vursaydıq, indi başqa cür danışardıq.
- İlk turda komandanız haqda pozitiv danışmaq istəyəndə, dediniz ki, 5 turdan sonra danışarıq. İndi buna hazırsınız?
- Belə dediyimə inanmıram. Sual verin, cavab verim.
- Demişdiniz ki, ilk turdan sonra komanda haqda qiymət vermək tezdir..
- Azərbaycanda heç bir oyun asan olmayacaq. Hamı bizdən xal qoparmağa çalışır. Konsentrasiyanı itirməməliyik. Əvvəlki turlarda layiqli qələbələr qazandıq. Düşünürəm ki, bunu xarakterimiz sayəsində etdik. Amma yenə də çox işləməliyik. Sizin hansı sualları verməyi xoşladığınızı mən bilirəm (gülür). "Neftçi" ilə, "Qarabağ"la çempionluq mübarizəsi apara bilərsiniz?(gülür). Buna heç vaxt cavab verməyəcəm. Yalnız oyundan-oyuna irəliləmək lazımdır. Mənim üçün vacib oyun növbəti turdur.
- "Sabah" bu mövsüm çempionluğa iddia edə bilər?
- Məncə, 10 komandanın hamısı iddia edə bilər.
- Matçın son dəqiqələrində Mahmud Qurbanovla mübahisə yaşadınız. Ümumiyyətlə, hakimlik barədə fikriniz necədir?
- Bəli, bir az emosional davrandım. Bu, qalib gəlmək istəyinə görə idi. Oyundan sonra Mahmud Qurbanovla danışdıq, əl sıxışdıq və bir-birimizə uğurlar arzuladıq. Bu futboldur, olur. Hakimliyə gəldikdə, hər hansı narazılığım yoxdur. Sadəcə çox istəyərdim ki, hakimlər rəqibləri daha cəld, tez davranmalarını, topu oyuna dərhal daxil etmələri üçün tələsdirsin. Dayanmalar daha az olsa, yaxşıdır. Ancaq dediyim kimi, hakimlik haqda hər hansı narazılığım yoxdur.(sportal.az)
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola