"Sumqayıt"ın məşqçisi Rail Məlikov Azərbaycan Premyer Liqasının 5-ci turunda "Neftçi"yə uduzduqları matçdan (0:3) sonra mətbuat konfransı keçirib. Qol.az xəbər verir ki, o, komandanın çalışdırıcısı Aleksey Baqanın səhhətində problem olduğuna görə konfransda özünün iştirak etdiyini bildirib.
- Bizi ağır oyun gözlədiyini bilirdik. Təqvimimiz elədir ki, son mövsümdə ilk üç pillədə olan komandalarla oynadıq. Matça yaxşı hazırlaşmışdıq. Oyunun əvvəlində verilən tapşırıqları yerinə yetirdik. İlk hissədə bərabər oyun getdi. "Neftçi"nin qapıya bir zərbəsi oldu, o da qolla nəticələndi. İkinci qoldan sonra komanda bir az sındı, oyundan qopdu. Futboldur, belə şeylər olur. "Qara zolağ"a düşmüşük. Bu vəziyyətdən çıxacağıq. Bir qələbə lazımdır. Daha sonra ardı gələcək.
- Komanda qol vura bilmir. Bir məşqçi olaraq "Sumqayıt"ın legionerlərinin səviyyəsindən razısınız?
- Bir az pozitiv olaq. İndiyə kimi "Sumqayıt"da legioner olmayıb. Legionerlər adaptasilə olmalıdır. Düzdür, qol yoxdur. Hamımız bunun üzərində işləyirik. Bizə bir qələbə lazımdır. Qolların da ardı gələcək. Legionerlər yavaş-yavaş uyğunlaşır. Özünüz də görürsünüz ki, komanda oyundan-oyuna irəli gedir. Məğlub olmağımıza baxmayaraq, futbolçular verilən tapşırıqların 80 faizini yerinə yetirirlər.
- Aleksey Baqa çalışdığı heç bir klubda beşli müdafiə sistemini təqbiq etməyib. Bu gün sistem dəyişikliyi etməyinin səbəbi nə idi?
- Bu gün biz 3-5-2 sistemi ilə oynayırdıq. Bu, 5 müdafiəçi sayılmır. Çünki, biz bu gün hücuma daha çox qoşulmağı düşünmüşdük. Cinah müdafiəçilərimiz həmişə öndə olurdular. Beşli müdafiədə komanda geriyə oturur. Əvvəlki "Sumqayıt" belə idi.
- Növbəti oyundan sonra da mətbuat konfransına siz gələcəksiniz?
- Xeyr. Bu gün baş məşqçinin səhhətində bir az problem oldu. Ona görə də bu gün onu mən əvəz etməli oldum. Növbəti oyunda özü gələcək.
- İllərdir ki, Azərbaycan futbolunun içindəsiniz. 11 il ərzində belə zəif “Sumqayıt” görmüşdünüz?
- Siz nəyə zəif deyirsiniz? Bir az pozitiv olaq. Düzdür məğlub olmuşuq. Futbolda hər şey olur. Penaltidən sonra komanda oyundan qopdu. 1-2 oyuna görə komandaya zəif demək olmaz.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola