"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 5-ci turunda "Sumqayıt"a qalib gəldikləri oyundan (3:0) sonra mətbuat konfransı keçirib. Qol.az xəbər verir ki, o, əvvəlcə matç haqqında fikirlərini bölüşüb.
- Ağır oyun oldu. Təəssüf ki, matçdan öncə Kenni Sayef zədələndi. Ondan sonra oyunun gedişində Vatonu da itirdik. Ümid edirəm, ağır zədə olmayacaq. Yaxşı oynadıq. 3 qol vurduq və çoxlu şanslarımız oldu. Oyunumuz çox xoşuma gəldi, razı qaldım. Meydana sonradan çıxanlar da motivasiyalı idi və özlərini göstərə bildilər.
- Gilyerme Pato gəlişinizdən sonra çox oynamır. Ona şans verməməyiniz nə ilə bağlıdır?
- Bizim çox yaxşı heyətimiz var. Pato keyfiyyətli oyunçudur. Bu mövzu barədə danışmaq üçün 1 həftə lazımdır. Bu gün o, planlarıma daxil deyildi. Düşüncəm tamamilə başqa idi. Sayef zədələnməsəydi, daha fərqli oynaya bilərdik. Həftəboyu xüsusi hazırlaşmışdıq. Zədəyə görə bəzi şeyləri gerçəkləşdirə bilmədik. Həftəboyu oyunçunun özünü göstərmək üçün vaxtı var. Bu gün planlarımızda yox idi.
- Komandada zədələrin çoxluğu nə ilə bağlıdır: bəxtsizlik, yoxsa fiziki yüklənmələr?
- Biz əzmkarlıqla çalışırıq. Futbolçularımın yaxşı səviyyəyə qalxmasını istəyirəm. Kenni ilə bağlı baş verən hal bəxtsizlikdir. İsinmə hərəkətləri zamanı Eminlə toqquşdu. Vato barədə də bildirdim ki, ciddi zədə olmamasına ümid edirəm. Bu gün 35-40 dəqiqə oynamasını planlaşdırırdım. Hələ fiziki cəhətdən 100 faiz hazır deyil. Bir az vaxta ehtiyacı var. Ötən oyun Azər Əliyevin ayağında qıcolma olması normaldır. İki həftə zədədən sonra oynamışdı. Tam bərpa olunmaq üçün elə də vaxtı olmamışdı. Bu gün 90 dəqiqə oynadı və problemlə üzləşmədi. Amma doğrudur, biz çox ağır məşq edirik. Belə hallar olmalıdır.
- Ağır oyun olduğunu dediniz. Amma komandanız meydanda istədiyini edirdi. Bunu etika xətrinə söylədiniz?
- Ağır oldu, ona görə ki, rəqib çox aqressiv oynayırdı. Meydanda çoxlu mübarizə var idi. Bu gün oyun sistemini dəyişmişdilər və 5-li müdafiə ilə oynayırdılar. Bizi orta xətdə bağlamaq istəyirdilər. Amma cinahlarda boşluqları olurdu. Hər dəyişiklikdən sonra kifayət qədər zonalar tapırdıq ki, onlardan istifadə edək.
- Azər Əliyev siz gələnə qədər müxtəlif mövqelərdə oynayırdı, indi isə müdafiənin solunda çıxış edir. Sizcə, onun üçün ideal mövqe hansıdır?
- Səmimi desəm, Azər mənim üçün böyük sürprizdir. Mən onun məşqlərdə müdafiənin solunda belə güclü olacağını düşünmürdüm. Daha çox hücumameyilli oynamağı xoşlayır. Azər Salahlı ilə bağlı problemimiz oldu. Məcburən onu sol cinahda oynatmağa başladım. Ona görə də bu, mənim üçün yaxşı sürprizdir. Bu gün də çox yaxşı oynadı. Özünəinamı, təcrübəsi var, epizodları hiss etməyi bacarır. Azərin iki oyuna 1 qol, 1 assisti var. Bu, mənim üçün çox pozitivdir. Ümidvaram ki, tezliklə Azərbaycan passportunu alar və milli komanda üçün də faydalı olar. Onu sol cinahda görürəm. Rusiya Premyer Liqasında bu mövqedə çox oynayıb. Həmişə top onda olanda çox soyuqqanlıdır. Bizə lazım olan keyfiyyətlərə malikdir.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır