Avropada transfer pəncərəsinin bağlandığı son günə (1 sentyabr) qədər “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindən öncə heyətinə yeni futbolçu, daha doğrusu, hücumçu qatmaması bir çox azarkeşin narazılığına səbəb olub. İndi “Qarabağ” qış transfer pəncərəsinə qədər yalnız azad agent status daşıyan futbolçu ala bilər ki, bunun baş verəcəyi ehtimalı da demək olar yoxdur.
Ağdam təmsilçisinin hücumçusu İbrahima Vadjini “Sent-Etyen”ə (Fransa, 1 milyon 600 min avro) satdıqdan sonra yeni transferə imza atmaması fanatları Avropa arenasındakı sınaqlardan öncə narahat edib. Komandanın baş məşqçisi Qurban Qurbanov isə ötən gün keçirdiyi mətbuat konfransında 3-4 oyunçu ilə danışıqlar apardıqlarını, lakin razılaşa bilmədiklərini vurğulayıb.
Transfer bazarında “Qarabağ”ın istədiyi oyunçunu ala bilməməsinə səbəb nə olur? Qol.az saytı və bu digər suallarla əlaqədar tanınmış futbol meneceri Vaqif Heydər və futbol skautu Bəxtiyar Musayevə müraciət edib.
Vaqif Heydərli Qol.az saytına bildirib ki, əksər güclü əcnəbi oyunçular Azərbaycan çempionatının səviyyəsinə görə yerli klublarımıza transfer olunmaq istəmirlər:

“Biz həmişə demişik ki, Azərbaycanda səviyyəli futbolçu transfet etmək çox çətindir. Bu mövzu ilə ikiəlli razıyam. Belə transferlər üçün sadəcə maliyyə şərtləri kifayət etmir. Ölkə çempionatının səviyyəsi də vacibdir. Ona görə istədiyin futbolçuları transfer etmək çox çətindir. Ümumiyyətlə, “Qarabağ” son vaxtlar yalnız bir futbolçu – Vadjini satıb. Komandada onu əvəzləyəcək hücumçular var. Düzdür, hər bir məşqçi istəyər ki, onun seçim imkanı çox olsun. Bizim beynəlxalq arenada uğurlu çıxış edən, son dövrlərdə ümid bəslədiyimiz komandamız “Qarabağ”dır. Mən azarkeşləri də, futbol ictimaiyyətini də yaxşı başa düşürəm. Hamı “Qarabağ”ın uğurlu nəticə qazanmasını istəyir. Ona görə də istəyirlər ki, heyət geniş olsun, daha yaxşı futbolçular gəlsin. Amma bəzən hadisələr kənardan göründüyü kimi olmur. Bəzi fikirlər də var ki, klub pul xərcləmədi, maliyyə ayırmadı. Lakin hərdən istəklər üst-üstə düşmür. Baş məşqçinin istəmədiyi futbolçular hansısa məbləğə görə Azərbaycana gəlməyə razılaşırlar. Amma istədiyi oyunçular maliyyə şərtlərdində və ya digər məsələlərdə anlaşa bilmirlər. Yəni, istəklər üst-üstə düşmür. Bəzən görürsən ki, hər şey uyğun gəlir, amma ailəsi bu ölkədə yaşamaq istəmir. Bəzən də yerli çempionatın səviyyəsinə baxırlar. Yəni, burada bir çox səbəblər var”.
V.Heydərli bildirib ki, İbrahima Vadjinin “Sent-Etyen”ə satılması uğurlu addımdır: “Mən xatırlayıram ki, son oyunlara qədər Vadjiyə qarşı münasibət birmənalı deyildi. Hamı Vadjinin yaxşı, güclü hücumçu olduğunu qəbul etmirdi. Qol duyumu yoxdur, qol vura bilmir deyirdilər. Birdən-birə nə oldu? Vadji 2-3 oyundan sonra belə dəyərli oldu? Mən demirəm ki, o, pis futbolçudur. Sadəcə olaraq, Vadji gəldiyi vaxtdan bəri azarkeşlərin çox alqışladığı, dəstək verdiyi, ümidlər bəslədiyi hücumçu deyildi. Amma görürsünüz ki, bu, futboldur. Bütün bunları nəzərə alsaq, “Qarabağ” İbrahima Vadjini çox yaxşı qiymətə satıb (rəsmi məlumata əsasən, 1 milyon 600 min avroya – red.). Komandanın 2-ci liqada mübarizə aparmasının, gücü olub-olmamasının fərqi yoxdur. Təbii ki, “Sent-Etyen” Fransa elitasına geri qayıdacaq. Amma əsas odur ki, bu, “Qarabağ” üçün sərfəli keçid oldu. Reklam baxımından da Vadjinin transferi həm ölkə futbolu, həm də “Qarabağ” adına yaxşıdır. Ümumiyyətlə, İbrahima Vadji oynayanda hücumçu çox idi deyə “Qarabağ” Ovusu Kvabenanı “Ankaragücü”nə icarəyə vermişdi. Komandaya dəhşətli dərəcədə çox hücumçu lazım olsaydı, klub Ovusunu icarəyə verməzdi. Say etibarı ilə Vadji getdi, Ovusu geri qayıtdı. Yəni, kəmiyyət eynidir. Həyəcanlanmağa dəyməz”.
Futbol skautu Bəxtiyar Musayev isə Qurban Qurbanovun heç vaxt komandaya transfer xətrinə futbolçu gətirmədiyini deyib:

“Kənardan müşahidə etmişəm, Qurban Qurbanov transfer məsələlərinə çox həssas yanaşır. Yəni, “Qarabağ”da heç vaxt transfer xətrinə futbolçu alınmayıb. Mən də bu sahədəyəm. Qurban Qurbanov dünən özü də dedi, mən də eşitmişdim ki, klub bir neçə futbolçu ilə danışıqlar aparır. Amma təəssüf ki, Azərbaycanda bu reallıq var, yerli çempionata görə bir çox futbolçu buraya gəlmək istəmir. Onlar azarkeşlərin az-çox olmasına da önəm verirlər. Bəzən də elə olub ki, futbolçular razılaşıblar, amma klubları onları buraxmayıb. Qurban Qurbanov məsələyə nə olur-olsun, əsas transfer edək deyə yanaşmayıb. Ona görə də istədiyi futbolçuları almayanda bu heyətlə kifayətləniblər. Mən durumu belə bilirəm”.
B.Musayev bildirib ki, transfer məsələlərinə görə Qurban Qurbanovu qınamaq və tənqid etmək olmaz:
“Biz hamımız istəyirik ki, “Qarabağ” daha yaxşı çıxış etsin. Amma inanın ki, bunları bizim hamımızdan çox Qurban Qurbanov düşünür. Heç kim istəməz ki, natamam heyətlə Avroliqada oynasın. Qurban Qurbanovun bildiyi bir şey var ki, yola belə davam edir. Kənardan “futbolçu satdılar, amma yenisini almadılar” demək çox asandır. Amma bu məsələlər belə rahat deyil. Vadjinin transferi son anda oldu, transfer pəncərəsinin bağlanmasına çox az qalmışdı. Bəlkə də satış 1 ay əvvəl olsaydı, “Qarabağ” başqa nə isə düşünə bilərdi. Amma transfer son anda reallaşdı. Ona görə də oyunçu tapmaq çətin oldu. Yəni onsuz da tələsik iş görmək düzgün deyil. Hamımızdan çox klub rəhbərliyi, ən əsası da baş məşqçi və futbolçular istəyər ki, heyətdə güclü oyunçular olsun. Amma alınmayanda baş məçqçini tənqid etmək absurd bir şeydir”.
Nur Zeynalova,
Qol.az
Yamaldan tarixi rekord
"O, döyüşçü xarakterli oyunçudur"
Flikdən "Barselona"da 100-cü oyun
Haaland start heyətdə yer almadı
Yamal ilk her-trikini etdi, rekorda imza atdı
"Liverpul" 7 qollu matçda qalib gəldi
Qubada baş tutmalı olan matçın yeri dəyişdirildi
Qəbələdə vurulan 2 qol - Video
Vaxt itkisinə yol verən komanda azlıqda qalacaq - Yeni qayda
"Bu gün bəxt bizdən üz döndərmişdi" - Kaxaber Sxadadze
"Beşiktaş"dan derbi öncəsi minimal hesablı qələbə
"Heç bir məşqçi belə tapşırıq verməz" - Fizuli Məmmədov
Azərbaycan cüdoçusu Özbəkistanda çempion oldu
VAR artıq ikinci sarı vərəqələrə də müdaxilə edəcək
Şamaxıda və Qəbələdə heç-heçə
Reşford "Barselona"da maaşının azaldılmasına razılaşdı
"Qəbələ"nin futbolçusu mükafatlandırıldı
Dramatik oyunda vurulan 4 qol - Video
"Sanki bizim irəli getməyimizi istəmirlər" - Yuri Vernidub
"Çelsi" ulduz futbolçuları ilə sağollaşmalı olmayacaq
"Neftçi"də itki
"Qəbələ" - "Karvan-Yevlax": Heyətlər
ABŞ klubu ilə müqavilə bağlasa da, “Qarabağ”da məşq edir
İsraildə oyunlar təxirə salındı
Azərbaycan cüdoçusu “Böyük Dəbilqə”nin finalında
“Şamaxı” - “Neftçi”: Heyətlər
“Mançester Siti”nin Vinisius Junior planı
Messi Ağ Evdə Trampla görüşəcək
Qəbələ şəhər stadionu qardan təmizlənir - Video
Hidayət Heydərov cəzalandırıldı - Yarışa qatılmayacaq
“Turnir cədvəlinə fikir vermirik” - Rüfət Abdullazadə
"Atletiko"nun direktoru: "Qrizmannın bizimlə daha 2 ili var"
“Ümid edirəm ki, UEFA Türkiyədə oynamağımıza icazə verər”
Klopp “Real”ın qarşısına şərtlər qoydu