“Kəpəz” Şahin Diniyevlə razılığa gələ bilmədi

“Kəpəz” Şahin Diniyevlə razılığa gələ bilmədi
ÖLKƏ FUTBOLU 31 Avqust 2022 / 16:04 5595
-  A +

Yeni baş məşqçi axtarışında olan “Kəpəz” Şahin Diniyevlə razılığa gələ bilməyib.

Bu barədə Qol.az-a milimizin sabiq çalışdırıcısı özü açıqlamasında deyib.

Diniyev bildirib ki, onun şərtləri ilə klubun şərtləri üst-üstə düşməyib. O, deyib ki, bunlar şəxsi müqavilə şərtləri deyil.

Qeyd edək ki, Şahin Diniyev 2004-2005 və 2015-2017-ci illərdə də “Kəpəz”i çalışdırıb. Gəncə təmsilçisi onun rəhbərliyi ilə 2016-2017 mövsümündə Avropa Liqasında çıxış edib.

Ramiq Ağaməmmədov

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner