Azərbaycan futbol tarixinin önəmli hadisəsinin üzərindən düz 10 il ötür.
2012-ci ilin avqustun 30-da “Neftçi” səfərdə Kiprin APOEL komandasına qalib gələrək Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Bu, futbol tariximizdə bir ilk idi. Sadıq Sadıqovun prezident, Tahir Süleymanovun vitse-prezident, Böyükağa Hacıyevin (Allah rəhmət eləsin!) baş məşqçisi olduğu komanda yüksək uğura nail olmağı bacarmışdı.
S.Sadıqov 2010-15-ci illəri əhatə etməklə 5 il “Neftçi”nin prezidenti vəzifəsində işləmişdi. Bu 5 il ərzində “ağ-qaralar” nəyə nail olmuşdu? Xatırlayaq. İndikinə baxanda o vaxtkı rəqabətli Azərbaycan Premyer Liqasında dalbadal 3 mövsüm çempionluq, 2 dəfə isə kuboku qazanmaq. Əlbəttə, uğurların zirvəsi isə Avropa Liqası kimi mötəbər bir yarışın qrupuna vəsiqə əldə etmək idi.
Lakin bütün bu uğurlara baxmayaraq, 2015-ci ildə Sadıqov istefaya göndərildi və sanki elə “Neftçi”nin uğurları da bununla bitmiş oldu. Klubda rəhbərlər, prezidentlər əlcək kimi dəyişdirilməyə başladı.
Xalq yazıçısı Çingiz Abdullayev Müşahidə Şurasının sədri təyin olundu. Amma əlbəttə, futbol idarəçiliyi yazıçının əsər yazması demək deyil və nəticələr bədii təxayülün nəticəsində qazanılmır. Bununla belə, Ç.Abdullayev hətta yaradıcı fantaziyasının zirvəsini işə salsaydı belə, nə o, nə də heç kimin ağlına gələrdi ki, “Neftçi” öz meydanında yerli çempionat tarixinin ən ağır məğlubiyyətinə (“Qəbələ”yə 0:8) düçar olacaq.
Sonrakı rəhbər – gənc və təcrübəsiz Orxan Hüseynzadənin 1 illik prezidenti dövründə də titul əldə olunmadı.
4 ildir “Neftçi”yə rəhbərlik edən, həm prezident, həm futbol meneceri olan Kamran Quliyevin rəhbərliyi dövründə isə komanda bərbad çıxışları, Quliyev özü isə başqalarına həsəd aparmaq, paxıllıq etmək və bəzi cılız davranışları ilə yadda qalıb. Məsələn, düşmən kimi baxdığı “Qarabağ” klubunun azarkeşlərinə 1 manatlıq adi biletin qiymətini 50 manata satmaqla...
Quliyevin 4 illik faəliyyəti dövründə “Neftçi” cəmi 1 dəfə (2020/2021 mövsümündə) Azərbaycan çempionu olub. Halbuki həm Quliyevin, həm də ondan əvvəlki rəhbərlərin dövründə komandanın bir neçə dəfə bu uğuru qazanmaq üçün texniki və maddi imkanı yüksək idi. Son 4 ildə isə klubun rəhbərliyi həm də şübhəli və uğursuz transferləri, yerli potensiallı məşqçiləri sonradan qovub yerinə əcnəbi məşqçiləri gətirməklə də “Neftçi” tarixinə qara ləkə ilə iz qoyub. Avropa kuboklarındankı nəticələrdən isə heç danışmağa dəyməz. Komanda 4 mövsüm ərzində hər dəfə ən yaxşı halda cəmi 2 mərhələ adlayıb. “Qalatasaray”ı çıxmaqla demək olar hər dəfə rəqiblər zəif və ya ortabab olub. Amma komanda uğur qazana bilməyərək mübarizəni erkən başa vurub.
Halbuki komanda Sadıq Sadıqovun dövründə olduğu kimi, son 4 mövsümdə də büdcə sarıdan ciddi axsamayıb. Deməli, bu müddətdə klubun başında təcrübəli, xarakterli idarəçi olmayıb və bu da birbaşa uğursuz nəticələrin əsas qaynağı olub.
ELNUR
“Qəbələ” - “Araz-Naxçıvan” matçından - Video
Məğlubiyyətdən sonra baş məqşçi mətbuat konfransına gəlmədi
"Real"ın hədəfinə düşdü
"Tottenhem" ilin ilk qələbəsini qazandı
"Bunu deyə bilmərəm, müqaviləm mövsümün sonunda başa çatır"
"Neftçi"nin baş məşqçisi və hücumçusu derbini buraxacaq
Ramalinqomun dublu, "Sumqayıt"ın qələbəsi - Video
"Barselona" liderliyini möhkəmləndirdi
"Bavariya" 7 qollu matçdan üstün ayrıldı
"Rəhbərliklə danışdıq, gənclərə şans veriləcək" - Saşa İliç
Erkən qeyd edilən çempionluğu 1 qolla əldən verdilər - Video
“Neftçi” - “Qarabağ” oyununun hakimləri açıqlandı
Həm diskvalifikasiya, həm cərimə ilə üzləşdi
“Qəbələ” - “Araz-Naxçıvan”: Heyətlər
"Ayaks"dan gedir
Baş məşqçi: "Ən azından bir salam gözləyirdim"
"Qarabağ" və "Neftçi" birgə bəyanat yaydılar
Mbappe zədələndi
"İmişli" - "Sumqayıt": Heyətlər
"Real" ona qiymət qoydu
“Bütün Azərbaycan o komanda ilə fəxr edəcək” - Rui Jorje
“Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satıldı
Azərbaycanın 4 boksçusu dünya kubokunda yarımfinala yüksəldi
FİFA DÇ-2026-da İranı İtaliya ilə əvəzləcəkmi?
Azərbaycan güləşçisi üçün "qızıl" şansı