“Futbolçularımı təbrik edirəm. Çox vacib olan 3 xalı qazandıq. Oyunda yaxşı sürət və dinamika gördüm. İlk hissə bir az çətin keçdi. Hər futbolçu üçün təcrübə toplamaq çox lazımdır. Cavid Hüseynova və "Şamaxı"ya uğurlar arzulayıram. Yerli futbolçulara şans verirlər”.
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 4-cü turunda "Şamaxı"ya 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya"ya 1:2 hesablı məğlubiyyətdən sonra komandadakı ab-hava ilə bağlı söyləyib: "Desək ki, hər şey qaydasındadır, normaldır, düzgün çıxmaz. Amma çalışırıq ki, tezliklə bunu geridə qoyaq. Ümumən hədəfimiz var. Söhbət tək qrupa düşməkdən getmir, qalib gəlməkdən gedir. Bu komandaya məğlub olmuşuq, daha çox üzülürük. Hər matçda daha yaxşı oyun göstərmək istəyirik. Futbolçular çox üzgün idi, təsirlənmişdilər. Bizim üçün hər oyun pley-off-dur. Futbolçular çox əziyyət çəkdilər, əsəb itirdilər. Sonda bir addımlıqda belə nəticə oldu, yazılmamış qanunlardır. O qədər böyük klublar, futbolçular, məşqçilər finalda üzülüb. Bunu yaşamaq futbolçuları böyüdür. Sadəcə tez bir zamanda toparlanmaq lazımdır".
O, Avropa Liqasındakı təqvimləri barədə danışıb: "Püşkatma ilə bağlı danışmaqla aram yoxdur. Bu, mənə aid bir şey deyil. Nə düşdüsə, normal qarşılayıram. Artıq futbol elə səviyyəyə çatıb ki, ev və ya səfər matçı bir o qədər də seçilmir. Oyunçular daha çox təcrübə toplayıblar və azarkeşlərin səs-küyünə hazırdırlar".
Baş məşqçi ÇL-də baş verənləri geridə qoymaq istədiklərini deyib: "Hansı turnirdə olsaq da, hədəfimiz maksimumu etməkdir. Hər oyunu növbəti mərhələyə çıxmaq üçün oynayırıq. Sonda şansımız var idi. İstifadə etmək istədik. Alınmadı. Alınsaydı, sevinəcəkdik. Amma yenə də ruhdan düşmürük. Avropa Liqasının qrupunda düşündüklərimizi həyata keçirmək istəyirik. "Ora düşmək va ya bura düşmək" düşüncəsi yoxdur. Əvvəl də Avropa Liqasında oynamışıq. Şansımız var. Digər komandaların baş məşqçilərinin müsahibələrini oxuyuram. Hamı iddialıdır. Hamı qrupa görə sevinir. Hətta püşkdən əvvəl "Frayburq"un baş məşqçisi bizimlə düşmək istəyirdi. Çempionlar Liqasında olmadığımıza görə üzüldük. Avropa Liqasına hazırlaşacağıq."
Qurbanov Şahruddin Məhəmmədəliyev haqda deyib: "O, hazırda çox dilxordur. Bu, onun məsuliyyətindən xəbər verir. Deməli, o insan işində məsuliyyətlidir və daha yaxşı olmaq, böyümək istəyir. Sabah mən də səhv edə bilərəm və bu da müzakirə mövzusu ola bilər. Hətta 10 illik nəticələrimin üzərindən xətt çəkə bilərlər. Azarkeşlər qarşılaşmalardan sonra aqressiv və emosional olurlar. Şahruddini indidən sonra da sevəcəklər".
Təcrübəli mütəxəssis bəzi ulduz futbolçuların da səhvlərə yol verdiyini bildirib: "Şahruddin ən güvəndiyim oyunçulardan biridir. Xarakteri, insanlığı cavan futbolçulara örnəkdir. O, işini çox sevir və ağrılara dözən futbolçudur. Mənim ürəkli insanlara və idmançılara inamım çox böyükdür. Hər sahədə belə insanlara ehtiyac var. Şahruddin çox məsuliyyətli olduğu üçün fikir edir. Həmişə onun arxasındayam. Azarkeşlər də onu çox istəyir. Bəzən uduzanda mən də oyunçuları acılayıram. Amma iki gün sonra sığallayıram. İnanıram ki, fanatlar yenidən Şahruddinə güvənəcək".
Qurbanov Məhəmmədəliyevin sosial şəbəkələrdəki paylaşımları bağlı isə deyib: "Sosial şəbəkələrə girmirəm. Baxandan sonra paylaşımın qıcıqlandırıcı olub-olmadığını deyə bilərəm. Bəzən insan adi fikri hansı tərəfə yozmaq istəyirsə, yozur".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola