"Səbail" Azərbaycan Premyer Liqasının 4-cü turunun oyununda doğma meydanda "Kəpəz"i 4:1 hesabı ilə məğlub edib. Matçdan sonra keçirilən mətbuat konfransında Bakı klubunun baş məşqçisi Mahmud Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
- Oyuna heç də pis başlamadıq. İlk dəqiqələrdə qol epizodumuz var idi. Əks-hücumda qol buraxdıq. Bu da komandaya təsir etdi. İkinci hissədə fərqli "Səbail" gördük. Üç əvəzetmədən sonra komanda toparlandı. Futbolçulardan razıyıq.
- Rauf Əliyev üstünüzə hücum edirdi. Nə baş vermişdi?
- Əslində Raufu başa düşmək olar. Komandası uduzur, qırmızı vərəqə alıb, o, hələ bilmir iş nə yerdədir. İkincisi də yayda burda qalmağı çox istəyirdi. Mən qərar verdim ki, qalmasın. Çox güman ki, ona görə incik düşüb. Artıq-əskik danışmaq istəyirdi. Eybi yox.
- Polis naryadı çağırıldı...
- Yox heç nə olmadı. Sadəcə anlaşılmazlıq oldu. Polisin niyə naryad çağırdığını bilmirəm. Dava olmadı.
- Emil Balayevin oynamağının səbəbi nə idi?
- Emilin "Qarabağ"la oyundan sonra kiçik zədəsi var idi. Fikirləşirdik ki, tez keçər. Növbəti oyunlarda onu meydana buraxdıq. Bu gün qərara aldıq ki, zədənin tez keçməsi üçün ehtiyatda qalsın.
- İlk qələbənizi sizin üçün doğma olan "Kəpəz" üzərində qazandınız. Bu haqda nə deyə bilərsiniz?
- Bilmirəm bu nə ilə əlaqədardır. Əlbəttə ki, "Kəpəz" mənə doğma kamandadır. Amma bu futboldur. Futbolçulara da deyirəm ki, dost-tanış, qardaş, qarşı-qarşıya gələndə yaddan çıxmalıdır. Təəssüf ki, bu gün "Kəpəz"lə oynayırdıq və belə oldu. Bütün futbolçularıma təşəkkür edirəm (sportal.az).
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola