"Azarkeşlərin güclü dəstəyinə ehtiyacımız var. Oyundan-oyuna, gündən-günə inkişaf edirik. Fikrimcə, “Qəbələ”yə qarşı görüşdə “Neftçi” ilə olduğundan daha yaxşı mübarizə apardıq. Amma ortada yenə məğlubiyyət var”.
Qol.az xəbər verir ki, bu fikirləri "Kəpəz"in futbolçusu Ahmed Ayzaya klubun mətbuat xidmətinə açıqlamasında deyib. Nigeriyalı yarımmüdafiəçi bildirib ki, səhvlərdən nəticə çıxarmaq lazımdır: “Hər matçdan sonra çatışmazlıqları təhlil edirik, harda nəyi düzgün etmədiyimizi görürük. Əsas odur ki, səhvlərdən dərs çıxaraq, öyrənək, verilən tapşırıqları yerinə yetirək”.
Ayzaya ötən tur “Qəbələ” ilə görüşdə “Kəpəz”də debüt edib. Futbolçu “sarı-göylər”in heyətində ilk oyunu haqda fikirlərini də bölüşüb: “Komandaya yaxınlarda qoşulduğumdan yeni futbolçu sayılıram. 90 dəqiqə meydanda oldum, mübarizə apardım. Bəzən alındı, bəzən isə alınmadı. Məğlubiyyəti nəzərə almasaq, mənim üçün yaxşı oyunun olduğunu deyə bilərəm. Qarşıda çoxlu matçlar var. Özümü ən yaxşı tərəfdən göstərməyə vaxt olacaq. Hər gün məşqlərdə daha yaxşı olmağımız üçün çalışırıq. “Səbail” ilə görüşdə də hədəfimiz layiqincə mübarizə aparıb, qələbə qazanmaqdır. Hazırlığımız yaxşı keçib, gücümüzü meydanda göstərməliyik”.
26 yaşlı legioner “Kəpəz”in Gəncədə oynaya bilməməsinə təəssüflənir: “Təbii ki, komandamız təmsil etdiyi şəhərdə, doğma meydanda oynamalıdır. Onda daha yaxşı şəkildə mübarizə apara, nəticələr qazana bilərik. Çünki meydan və xüsusən də azarkeş amili həlledicidir. Fanatların güclü dəstəyinə ehtiyacımız var”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola