Konfrans Liqasının qrup mərhələsinin iştirakçıları müəyyənləşib.
Qol.az xəbər verir ki, yarışın bu mərhələsində iştirak edəcək 32 klub arasında Azərbaycandan bir komanda belə olmayacaq. Məlum olduğu kimi, klublarımızdan ikisi - “Zirə” və “Qəbələ” mübarizəni elə ilk oyunlarda - 2-ci, “Neftçi” isə 3-cü mərhələdə dayandırıb.
“Zirə”nin uduzduğu “Makkabi” (Tel-Əviv, İsrail) və “Qəbələ”nin rəqibi olmuş “Fehervar” (Macarıstan) “pley-off”a qədər gəlsə də, burada müvafiq olaraq “Nitsa” (Fransa) və “Köln”ə (Almaniya) cavab oyununda məğlub olaraq yarışda çıxışlarını başa vurublar.
“Neftçi”ni 3-cü mərhələdə mübarizədən kənarlaşdırmış “Rapid” isə fiaskoyla üzləşib. Avstriya təmsilçisi ilk görüşdə səfərdə heç-heç etdiyi cırtdan ölkə Lixtenşteynin “Vaduts” komandasına Vyanada 0:1 hesabı ilə uduzub.
Beləliklə, “Neftçi”nin cavab görüşündə səfərdə məğlub olduğu “Rapid”ə Lixtenşteyn kubu elə rəqibin meydanında qalib gələrək qrupa vəsiqə əldə edib. Əlavə edək ki, ötən mövsümün yükununa əsasən, Lixtenşteyn UEFA-nın klub reytinqində 49-cu, Azərbaycan isə 26-cı yeri tutub.
O da xüsusi vurğulanmalıdır ki, Lixtenşteynin özünün çempionatı olmadığına görə bu ölkənin klubları İsveçrə liqalarında çıxış edir. Hazırda “Vaduts” 2-ci liqada 10 komanda arasında 9-cu yeri tutur.
Qeyd edək ki, reytinqdə Azərbaycandan geridə - 34-cü yerdə olan Litva da Konfrans Liqasında bir klubla (“Jalqris) təmsil olunacaq.
Azərbaycan isə bu mövsüm qitəmiqyaslı yarışda çıxışı 1 klubla (“Qarabağ”) Avropa Liqasında davam etdirəcək.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola