Millimiz Bosniya və Herseqovina ilə heç-heçə etdi

Millimiz Bosniya və Herseqovina ilə heç-heçə etdi
ÖLKƏ FUTBOLU 25 Avqust 2022 / 18:08 1965
-  A +

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bosniya və Herseqovinadakı təlim-məşq toplanışını çərçivəsində bu ölkənin müvafiq yaş qrupundan ibarət yığması ilə növbəti yoldaşlıq oyununu keçirib.

Qol.az xəbər verir ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Millimizin qollarını 3-cü dəqiqədə Nəriman Axundzadə və 73-cü dəqiqədə Qurban Səfərov vurub. Oyunun 69-cu dəqiqədəsində Nuğay Rəşidov qırmızı vərəqə alıb.

Bu komandalar arasında iki gün əvvəl keçirilmiş ilk qarşılaşma 1:0 hesabı ilə rəqibin xeyrinə nəticələnmişdi.

Daha çox


Son xəbərlər
28.02.26  16:19

"Neftçi"də itki

topaz banner