"Məncə, bütün Azərbaycan Şahruddin Məhəmmədəliyevlə fəxr etməlidir. Çünki həm milli komanda, həm də "Qarabağ" formasını belə sevən bir qapıçı var".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın direktoru Əmrah Çəlikəl Çempionlar Liqasının pley-off mərhələsinin "Viktoriya" ilə cavab matçında (1:2) qolla nəticələnən kobud səhvə yol verən qapıçı Şahruddin Məhəmmədəluev haqda danışarkən deyib.
Klub rəsmisi qapıçını müdafiə edərək bildirib ki, "Qarabağ"ın bura qədər gəlməsində onun böyük əməyi var: "Zədələrdən sonra necə məşq etdiyini görən şəxs kimi deyə bilərəm ki, o, komandaya çox lazımlı, çox əzmkar oyunçudur. Komandanın burayadək gəlməsində çox böyük əməyi var. Şahruddin kimi futbolçunu, insanı tanıdığım üçün fəxr edirəm. Hər insanın çətin zamanı ola bilər. Bu çətin zamanda ona dəstək olmaq lazımdır".
Ə.Çəlikəl onu da qeyd edib ki, AFFA-dan "Qarabağ" klubuna Müşahidə Şurası yaratması təklif olunub: "Klubun peşəkarcasına və qarşılıqlı inam, etibar əsasında qurulmuş saf idarəetmə strukturu var. Biz belə strukturdan nəticə aldığımızı görürük və dəyişiklik etmək istəmədiyimizi AFFA-ya bildirmişik".
Ə.Çəlikəl yeni transfer məsələsində bütün işlər baş məşqçi Qurban Qurbanovun istəyinə uyğun atılacağını söyləyib: "Baş məşqçi necə deyirsə, elə də olacaq. İndiyədək də belə olub. Bu, məsuliyyətdən qaçmaq yox, baş məşqçimizə olan inamımızı göstərmək üçündür. Klub rəhbərliyi sonunadək onun arxasındadır. Gücümüz birliyimizdədir. 9 il ardıcıl avrokubokların qrupunda yer almaqla Azərbaycanı şərəfli şəkildə təmsil edirik. Bu, bizim birliyə olan inam və etibarın nəticəsidir".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola