“Gecə-gündüz dua edirdim. Hətta “Qarabağ”ın qələbəsinə yenə qurban demişdim. Kəndimizdə ağır bir seyidin pirində qurban kəsib imkansız adamlara paylayacaqdım. Əvvəllər də bunu etmişəm. Uduzduq, amma mən yenə də komanda yaxşı oynadığına görə qurbanımı kəsib paylayacam”.
Bu sözləri Qol.az-a açıqlamasında millət vəkili Aqil Abbas “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan “Viktoriya”ya uduzması (1:2) haqda danışarkən deyib.
O, Ağdam klubunun məğlub olmasına baxmayaraq, yaxşı oynadığını bildirib: “Keçən yazımda yazmışdım ki, “Qarabağ”ın qələbəsini yuxumda görmüşəm. Belə bir yuxu görmüşdüm ki, Berlində açıq havada “Qarabağ bülbülləri” konsert verir, almanlar yığışıb alqışlayır, dirijor da Qurban Qurbanovdur. Yuxumu belə yozmuşdum ki, yəqin növbəti rəqibimiz Almaniya klubu olacaq və onu da keçəcəyik. Qismət elə gətirdi ki, uduzduq. Amma “Qarabağ” gözəl oynadı”.
A.Abbas hələ oyundan əvvəl “Qarabağ”ın Çempionlar Liqasının yox, Avropa Liqasının qrupunda daha uğurlu ola biləcəyini yazanları tənqid edib: “Yazırdılar ki, “Qarabağ” Çempionlar Liqasının qrupuna düşməsə yaxşıdır, orada gör kimlərlə oynayacaq, Avroliqanın qrupu yaxşı olar. Guya Avroliqanın qrupunda olanlar zəif komandalardır? Orada da Avropanın çox güclü komandaları oynayır. Avropada 2-3-cü yerləri tutan komandalar stabil komandalar olur. Bunu futbolu bilənlər bilir. Bəzən “Ararat” kimi təsadüfən çempion olanlar da olur. Amma 2-3-cü yerləi tutanlar stabil çıxış edənlərdir.
“Qarabağ” haqda belə yazanlara çox əsəbiləşirdim. Hətta futbolu bilənlər də yazırdı. “Bəyin oğurlanması” filimdə bir maraqlı dialoq var. Deyir, istəmirsən səni uzaq Afrikada da görüb, tanısınlar? Cavab verir ki, istəmirəm. Deyir, səni heç görməsələr yaxşıdır. İndi siz istəmirdiniz ki, “Qarabağ” “Real”la, “Barselona” ilə oynasın? Necə ki, keçən dəfə “Çelsi” ilə, “Roma” ilə oynamışdı. İstəmirsiniz ki, dünyanın möhtəşəm klubları Azərbaycana gəlsinlər, görsünlər ki, bizdə də futbol var, necə inkişaf etmişik? Bəli, dünən uduzduq, məyus olduq, hətta ağlamışam. Mən dua edirdim ki, “Qarabağ” udsun".
A.Abbas “Qarabağ”ın birinci qolda kobud səhv edən qapıçısı Şahruddin Məhəmmədliyevi müdafiə edib, onun həddindn artıq tənqid edildiyini bildirib: “Hamı Şahruddinin üstünə düşüb. Belə şey olar? Qurbanı öpürəm ki, mətbuat konfransında Şahruddini müdafiə etdi. Udanda yaxşı olur, uduzanda pis? Bura Kolumbiya deyil. Kolumbiyada qapıçı dünya çempionatında qol buraxdığına görə güllələmişdilər. İndi biz Şahruddini niyə linç edirik, nə olub? Futbolda səhv edərlər. Uşaq yıxıla-yıxıla böyüyən kimi futbolçular da səhv edə-edə oyunlarını düzəldirlər. Ona qalsa gərək Kadini güllələyək, oyunu alınmadı. Amma Almeyda zədələnməsəydi, bəlkə də oyunun taleyi başqa cür olardı. Onun oyundan çıxmağı böyük itki idi”.
Millət vəkili hesab edir ki, “Qarabağ” yenə də Avropada gözəl oyunlar göstərəcək. O, yerli çempionatın zəif olmasının “Qarabağ”a böyük ziyan vurduğunu da əlavə edib: “Bizim formalaşmış komandamız nə “Barselona”dan geri qalır, nə də “Real”dan. İndi görün gəlib çempionatda kimlərlə oynayacaqlar. Əjdahalarla oynayarsan, əjdaha olarsan. Amma gəlib “Səbail”lə oynayarsan, olarsan “Səbail”. Yaxud da “Şamaxı”, “Sumqayıt”. Bax reallıq budur. Gərək Azərbaycan çempionatı elə gücdə ola ki, klublarımız da güclənə. Düzdür, indi bir az babatdır, amma o qədər də deyil”.
Ramiq Ağaməmmədov
“Qəbələ” - “Araz-Naxçıvan” matçından - Video
Məğlubiyyətdən sonra baş məqşçi mətbuat konfransına gəlmədi
"Real"ın hədəfinə düşdü
"Tottenhem" ilin ilk qələbəsini qazandı
"Bunu deyə bilmərəm, müqaviləm mövsümün sonunda başa çatır"
"Neftçi"nin baş məşqçisi və hücumçusu derbini buraxacaq
Ramalinqomun dublu, "Sumqayıt"ın qələbəsi - Video
"Barselona" liderliyini möhkəmləndirdi
"Bavariya" 7 qollu matçdan üstün ayrıldı
"Rəhbərliklə danışdıq, gənclərə şans veriləcək" - Saşa İliç
Erkən qeyd edilən çempionluğu 1 qolla əldən verdilər - Video
“Neftçi” - “Qarabağ” oyununun hakimləri açıqlandı
Həm diskvalifikasiya, həm cərimə ilə üzləşdi
“Qəbələ” - “Araz-Naxçıvan”: Heyətlər
"Ayaks"dan gedir
Baş məşqçi: "Ən azından bir salam gözləyirdim"
"Qarabağ" və "Neftçi" birgə bəyanat yaydılar
Mbappe zədələndi
"İmişli" - "Sumqayıt": Heyətlər
"Real" ona qiymət qoydu
“Bütün Azərbaycan o komanda ilə fəxr edəcək” - Rui Jorje
“Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satıldı
Azərbaycanın 4 boksçusu dünya kubokunda yarımfinala yüksəldi
FİFA DÇ-2026-da İranı İtaliya ilə əvəzləcəkmi?
Azərbaycan güləşçisi üçün "qızıl" şansı
“Real” qələbəni belə əldən verdi - Video
“Hakim mənə dəfələrlə “rədd ol” dedi, sonra paltardəyişmə otağına çağırdı” - Yankoviç
“Napoli”dən darmadağın - Video
“Real” sonda qələbəni əldən verdi
“Başakşehir”dən 4 qollu qələbə - Video
Mahirin yoxluğunda “Kayzerslautern” uduzdu
“Məqsədim qızıl medal qazanmaq idi” - Jalə Əliyeva
Yamal La Liqada ən yaxşı seçildi
UEFA onu 6 oyunluq cəzalandırdı: DÇ-2026-nı da buraxa bilər
Jalə Əliyeva bürünc medal qazandı
"Real"da ciddi itki
Azərbaycan güləşçisi finalda!
Kenan Yıldız "Milan"a qarşı oynayacaq, ya yox?
"Tottenhem" psixoloq axtarır
Yenilənən “Azərsun Arena”dan ilk - Video
Ranyeri "Roma"dan ayrıldı - Rəsmi
AFFA Yohan Kroyff İnstitutu ilə əməkdaşlığa başladı