“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya”ya (Çexiya) uduzaraq (1:2, ilk oyun 0:0) mübarizəni dayandırdı. İndi Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsində yarışmalı olacaq.
Qol.az xəbər verir ki, bununla Qurban Qurbanovun komandası ardıcıl 9-cu mövsüm avrokubokların qrupunda yarışacaq.
2021-ci ildən qüvvəyə minən dəyişikliklərdən sonra artıq Avropa Liqasının qruplarında 48 deyil, 32 komanda yarışır (hər birində 4 komanda olmaqla 8 qrup). Avroliqada pley-off mərhələsinin oyunlarına avqustun 25-də yekun vurulacaq. Avqustun 26-da isə qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək. İstanbulda keçiriləcək mərasim Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Qrup mərhələsinin oyunları aşağıda qeyd edilən tarixlərdə keçiriləcək:
1-ci tur: 8 sentyabr
2-ci tur: 15 sentyabr
3-cü tur: 6 oktyabr
4-cü tur: 13 oktyabr
5-ci tur: 27 oktyabr
6-cı tur: 3 noyabr
Oyunlar Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlanacaq.
Qrupun qalibi 1/8 finala vəsiqə qazanacaq. Qrup ikincisi isə pley-off-da (şərti olaraq 1/16 final) oynayacaq. Burada rəqib Çempionlar Liqasının qrup üçüncüsü olan komanda olacaq. Avroliqada qrup üçüncüsü isə mübarizəni Konfrans Liqasının pley-off mərhələsində (şərti olaraq 1/16 final) davam etdirəcək. Rəqib KL-də öz qrupunda ikinci yeri tutan 8 komandadan biri olacaq.
Qeyd edək ki, hazırda Avropa Liqasının qrupunda aşağıda adları qeyd edilən bu 19 komandanın oynayacağı dəqiqləşib:
“Roma” (İtaliya)
“Mançester Yunayted” (İngiltərə)
“Arsenal” (İngiltərə)
“Latsio” (İtaliya)
“Braqa” (Portuqaliya)
“Feyenoord” (Niderland)
“Renn” (Fransa)
“Real Sosyedad” (İspaniya)
“Betis” (İspaniya)
“Union” (Almaniya)
“Frayburq” (Almaniya)
“Nant” (Fransa)
“Monako” (Fransa)
“Şturm” (Avstriya)
“Yunion” (Belçika)
“Mityülland” (Danimarka)
“Srvena Zvezda” (Serbiya)
“Dinamo” (Kiyev, Ukrayna)
“Qarabağ” (Azərbaycan)
Qrup mərhələsinin digər 13 iştirakçısı Avroliqanın və Çempionlar Liqasının pley-off görüşlərindən sonra müəyyənləşəcək.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola