"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya"ya 1:2 hesabı ilə uduzduqları cavab oyunundan sonra mətbuat konfransı keçirib. Qol.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Rəqibi və baş məşqçilərini təbrik edirəm. Onlara qrup mərhələsində uğurlar arzulayıram. Məğlub olmağımıza baxmayaraq, öz futbolçularımı da təbrik edirəm. Çox ağır yol gəldik. Əminliklə deyə bilərəm ki, bu, bizim dördüncü pley-offumuz idi. İlk olaraq Polşada başladıq. Elə rəqibə qarşı oynadıq ki, sanki pley-off matçı idi. Sonra İsveçrədə, sonra Macarıstanda və sonda burada. Hər dörd oyun demək olar ki, bu məcrada keçdi. Futbolçularım buna dözdülər. Əlbəttə ki, hamı qalib gəlməyi çox istəyirdi, çox üzüldülər. Biz bunlara hazır olmalıyıq. Bu, futbolun ən vacib hissələrindən biridir ki, futbolçular doğru qəbul edib irəliyə baxa bilsinlər.
- Şahruddin Məhəmmədəliyev və Abdullah Zubirin mövqeyində sanki rəqabət yoxdur. Bu, Şahruddinin zəif oyununa təsir edə bilər?
- Biz istəyirik ki, komandamızda rəqabət çox olsun. Futbolçuların sayının çox olmağını istəyərdik ki, istədiyimiz proqram üzərində çalışa bilək. 3-4 gündən bir oyunlarımız olur. Həm ölkə çempionatında, həm avrokuboklarda bütün oyunlara hazır olmalıyıq. Zubirlə Şahruddin gəldikdə isə onların hər ikisinin bizim bu nəticələri göstərməyimizdə çox böyük zəhmətləri var. İkisinin də oyunundan razıyam. Sadəcə olaraq futbol səhvlər üzərində qurulub. Elə oyunlar olub ki, hamı "Şahruddin" qışqırıb, hamı onun yanında olub. Bu gün də mən bunu hiss elədim. Sanki hansısa oyunçu vacib matçda səhv etdikdə o daha çox üzdə olur. Amma hər bir halda Şahruddinin oyunundan razıyam. Milli komandamızın qapıçısıdır. Belə oyunlarda onun təcrübəsi çox önəmlidir. Digər tərəfdən də mənim oyun üslubuma uyğun qapıçıdır. Əlbəttə ki, bizim digər qapıçılarımız var. Hətta gənc qapıçımız da var. Luka da gəncdir. Biz bunların hər ikisini hazırlayırıq.
- Bu gün məğlub olmağınızın əsas səbəbi nə idi?
- Məğlubiyyəti kiminsə üstünə atmaq istəmərəm. İstəyirik ki, daha da yaxşı olaq. Daim transferlər etmək istəmişik Bəzi oyunçular var ki, danışıqlar aparmışıq, amma onları əldə edə bilməmişik. Ola bilər ki, qarşıdakı günlərdə razılıq əldə edək.
- Maraqlandığınız oyunçuların içində qapıçı da var?
- Xeyr, qapıçı yoxdur.
- Riçard Almeydanın zədələnməsi oyununuza necə təsir etdi?
- Bir az gözlənilməyən anda oyundan çıxdı. Topuğu burxuldu, bir az ağrısı var. Buna görə oyuna davam edə bilmədi. Riçard çox yaxşı oyun göstərdi. Oyuna nəzarət edə bilirdi. Bəlkə də məğlubiyyətdə bunun da rolu ola bilər. Amma meydana çıxan digər futbolçular da zəif oynamadılar.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola