“Qarabağ” Avropa kuboklarında mübarizəni davam etdirir. Ağdam təmsilçisi bu gün qitənin birnömrəli klub turniri sayılan UEFA Çempionlar Liqasında təkrar pley-off matçına çıxacaq. Çexiyada yerli “Viktoriya”ya qarşı təkrar görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Bakıdakı ilk matç 0:0 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, hazırda “Qarabağ” düşərgəsində cəza limitinə yaxın olan futbolçularla bağlı durum da maraq doğurur. Məlumdur ki, buna qədər yalnız Kadi Borges və Riçard Almeyda təsnifat mərhələlərində 3 sarı vərəqə aldıqları üçün “Ferentsvaroş”la (Macarıstan) Bakıdakı matçı buraxmışdılar. İndi onların “vərəqəsi” yoxdur.
Qol.az xəbər verir ki, hazırda “Qarabağ”da 12 nəfərin vərəqəsi var. İbrahima Vadji, Abdullah Zubir, Kevin Medina, Bəhlul Mustafazadə, Maksim Medvedyev, Elvin Cəfərquliyev, Şahruddin Məhəmmədov 1 dəfə cəzalanıblar. Ən çox sarı vərəqəsi olanlar isə Marko Veşoviç, Marko Yankoviç, Ramil Şeydayev, Toral Bayramov və Leandro Andradedir. Onlar təsnifat mərhələlərində 2 sarı vərəqə alıblar. Buna baxmayaraq, 2 “sarı”sı olan futbolçulardan hansısa biri yenə sarı vərəqə alarsa, təsnifat mərhələlərindən fərqli olaraq, qrup oyunları üçün cəzalı duruma düşməyəcəklər.
Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının əsasnaməsinə görə, təsnifat mərhələsinin “pley-off”u başa çatandan sonra bu raundlarda alınmış bütün sarı vərəqələr ləğv olunur. Bu o deməkdir ki, “Qarabağ” “Viktroriya”ya qalib gəlib Çempionlar Liqasına, yaxud pis halda məğlub olub Avropa Liqasının qrupuna düşərsə, bütün sarı vərəqələr qüvvədən düşəcək. Yalnız qrup mərhələsi başlayana kimi qırmızı vərəqə aldığı üçün cəzası qüvvədə olan oyunçu tətbiq edilən qərara müvaqif olaraq qrup matçını buraxmalı olur. İndiki halda isə “Qarabağ”da “qırmızı”sı olan oyunçu yoxdur.
Əlavə edək ki, təsnifat mərhələlərində olduğu kimi, qrupda da 3 fərqli oyunda sarı vərəqə aldıqda futbolçu bir oyunu buraxmalı olur.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola