“Bu Azərbaycan üçün bir yenilikdir. Bilinirdi ki, ilk mərhələlərdə VAR-la bağlı çətinliklər olacaq. Amma turdan-tura asanlaşmaq əvəzinə çətinləşir, problem dərinləşir”.
Bu sözləri Qol.az-a açıqlamasında AFFA Hakimlər Komitəsinin keçmiş sədri Xaqani Məmmədov deyib. Bu mövsümdən Azərbaycan Premyer Liqasında tətbiq olunan VAR sistemi ilə bağlı danışan X.Məmmədov ciddi problemlərin olduğunu bildirib:
“İngiltərə kimi ölkədə də VAR-a müraciət edirlər. Amma heç yerdə oyunu 10-12 dəqiqə uzatmırlar. Bu, gülməlidir. Uzun-uzadı məsləhətləşmələr aparırlar. Bunlar VAR-a bir əyləncə kimi baxırlar. Hər epizoda görə VAR-a müraciət etmək lazım deyil. Məsələn, “Sabah” – “Neftçi” oyununda olan penalti epizodu Sumqayıt yolundan görünürdü. Orda VAR-a nə ehtiyac var idi? Hakimin diaqonal mövqedə olduğu epizod idi. Özü görürdü. Ona görə də dərhal qərar verməli idi ki, penaltidir. Yaxud da dünənki “Zirə” – “Sumqayıt” matçında 6 dəqiqə məsləhətləşməyə nə ehtiyac var idi?
Başqa problemlər də ortaya çıxır. Dünən “Zirə” – “Sumqayıt” matçında baş hakim epizodun təkrarına monitorda baxanda “Zirə”nin bütün heyəti hakimin arxasında dayanıb monitoru izləyirdi. Bu, nə dərəcədə düzdür? Yaxud da başqa bir oyunda referi VAR hakimləri ilə məsləhətləşəndə futbolçular onun danışığına yaxından qulaq asırlar. Bu da yolverilməzdir. Sabah həmin futbolçular və məşqçilər hakimin danışqlarını gündəmə çıxaracaqlar. Mən belə başa düşürəm ki, hakimlərimiz nəinki VAR-a, çempionata da hazır deyillər. Bu, Fritz Stuxlikin (Hakimlər Komitəsinin avstriyalı sabiq sədri – R.A.) ortaya qoyduğu bərbad işin nəticəsidir. VAR olmasaydı, görün nə qədər səhvlər olacaqdı. Hakimlərimizin nə VAR-la işləmək bacarıqları var, nə də çempionata hazırdırlar. Hələ bu, 3-cü turdur. Getdikcə necə olacaq? VAR-a görə oyunları 9-10 dəqiqə artırırlar. Bunlar kimə lazımdır?”
X.Məmmədov hesab edir ki, oyunun əsas vaxtını VAR tətbiq edildiyi üçün maksimum 5-6 dəqiqə artırmaq olar: “Ümumiyyətlə, tez-tez VAR-a müraciət etməyin nə mənası var? Onda meydandakı hakim nəyə lazımdır? Elə VAR-dakılar oyunu idarə eləsinlər. Hər epizoda görə VAR-a müraciət edirlər. Oyun ərzində ən kritik epizodlarda – maksimum 2-3 dəfə VAR-a müraciət etmək olar. Bəzən VAR-dakılar monitora baxır və referi ilə 5 saat məsləhətləşmə aparır. Yəni heç biri məsuliyyəti öz üzərinə götürmək istəmir. Yəqin ki, yavaş-yavaş düzələcək. Amma hələ heç nə yoxdur”.
Rəşad Sadıqovun hakimə etirazı, "Zirə"li futbolçuların VAR monitorunu izləməsi (Video: Elsəvər Muradzadə)
Keçmiş komitə sədri ötən gün “Sumqayıt”la keçirilən oyundan sonra “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun “VAR-a görə oyunu 6 dəqiqə dayandırmaq olmaz” fikrinə də münasibət bildirib: “Mən onunla razıyam. Komandanın biri hücum edir, digər müdafiə olunur. Sən bu qədər vaxt uzatmaqla müdafiə olunan komandaya dincəlmək imkanı verirsən. Bir epizoda görə 6 dəqiqə oyunu saxlamaq qətiyyən yolverilməzdir. Özü də müzakirə olunmalı epizod deyildi. Görünür, VAR-da oturan hakim o cür məsləhət verib”.
Xaqani Məmmədov türkiyəli Barış Şimşəkin AFFA Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunmasından da danışıb: “Bizim hakimlər 3 dəfə VAR-la bağlı Türkiyədə seminarda oldular. Seminarları Barış Şimşək keçirdi. Çünki VAR-ın koordinatorudur. Mən belə başa düşdüm ki, qərara gəliblər ki, madam hakimlərimizlə bu məşğul olub, elə onu da təyin edək işləsin. Amma hər halda Stuxlikdən yaxşı başlayıb. Ən əsası ona görə ki, obyektivliyə çalışır. Yəni bir hakim 5 oyun idarə etsin, o biri heç birini, belə şey yoxdur. Çalışır ki, obyektivliyi qorusun. Sonra necə olacaq, bilmirəm”.
Ramiq Ağaməmmədov
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola