İsayevdən yubiley oyununda qol

İsayevdən yubiley oyununda qol
ÖLKƏ FUTBOLU 22 Avqust 2022 / 12:16 1202
-  A +

"Sabah"ın futbolçusu Aleksey İsayev komandanın heyətində 50-ci çempionat matçına çıxıb.

Qol.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 3-cü turuna təsadüf edib. “Neftçi” ilə ev matçında penaltidən qol vuran yarımmüdafiəçi yubileyinə töhfə verib. Bakı klubunda 3-cü mövsümünü keçirən İsayev 50 qarşılaşmada 8 qola imza atıb.

Aleksey “Sabah”ın tarixində Premyer Liqada 50 və daha çox oyun keçirən 6-cı futbolçudur. Onadək yalnız beş oyunçu “100”ü yarılayıb.

Qeyd edək ki, İsayevin hesabı bərabərləşdirdiyi qarşılaşmada meydan sahibləri qələbə qazanıb – 2:1.

Daha çox


Son xəbərlər
25.04.26  17:14

"Ayaks"dan gedir

25.04.26  15:39

Mbappe zədələndi

24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner