Avqustun 23-də “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində səfərdə “Viktoriya” ilə qarşılaşacaq.
Qol.az xəbər verir ki, Azərbaycanda olduğu kimi, Çexiyada da bu matça yüksək maraq var. Axı, qalib komanda Avropanın ən böyük klub turniri - Çempionlar Liqasının qrupuna vəsiqə qazanacaq. Odur ki, həm Bakıda, həm də Plzendəki matça biletlər satışa çıxandan ajiotaj yaranıb. Çexiyadakı görüş üçün isə biletlər satışa çıxdıqdan cəmi 2-3 saat sonra tam satılıb.
Qeyd edək ki, oyunun keçiriləcəyi Plzen kiçik şəhərdir. Son statistikaya əsasən, onun 169 min əhalisi var. “Viktoriya” ev oyunlarını şəhərdəki “Dusan Arena”da keçirir. 1955-ci ildə açılışı olmuş bu stadionun hazırda 11 min 700 tamaşaçı tutumu var. Bu, “Qarabağ”ın avrokuboklarda ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionundan üç dəfəyə yaxın azdır.
“Viktoriya” - “Qarabağ” görüşündə isə tribunaların tam dolacağına şübhə yoxdur. Ümumiyyətlə, hazırda Plzen qarşıdakı oyununun həyəcanı ilə yaşayır desək, yanılmarıq.
Qeyd edək ki, klub şəhərdə matça təbliğat baxımdan da işlər həyata keçirir. Artıq bir neçə gündür Plzendə oyunla bağlı böyük reklam banneri də quraşdırılıb.
Xatırladaq ki, bu komandaların Bakıdakı görüşü 0:0 hesabı ilə başa çatıb. Səfər qolu qaydası ləğv edildiyindən cavab görüşündə hər iki komandaya mütləq qələbə lazımdır.
Əlavə edək ki, “Viktoriya” - “Qarabağ” matçı avqustun 23-ü, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola